Azarkeş tribunadan yıxılaraq öldü

İDMAN
10:37 26.09.2011
1551
Perunun paytaxtı Limada keçirilən "Universitario Deportes" və "Alyans Lima" futbol matçında faciə yaşanıb. "Reuters"in verdiyi xəbərə görə, 23 yaşlı azarkeş 30 metr hündürlükdən yerə düşüb. Matçın sonunda bir neçə azarkeş VİP-lojaya hücum çəkərək oradakı adamları döyüblər. "Alyans Lima" klubunun nümayəndələri oyunun keçirildiyi "Monumental" stadionunun diskvalifikasiya olunmasını tələb ediblər. "Alyans Lima"nın prezidenti Gilyermo Alarkon bildirib: "Hətta oyundan sonra da biz təzyiqə məruz qaldıq. Futbolçularımızın olduğu avtobus meydançanı tərk etmək üçün 1 saat gözləməli oldu. Biz daha "Monumental"da oynamayacağıq, burada həmişə dava olur və təhlükəsizliyə kimsə təminat vermir". /// futbolpress.az

OXŞAR XƏBƏRLƏR