“Azarkeşlər böyük futbol festivalının şahidi olacaqlar”

İDMAN
00:11 01.12.2019
7180
Bu gün  Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi  və konsert kompleksində 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
 
AFFA-nın baş katibi, Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici Elxan Məmmədov püşkün nəticəsi ilə bağlı affa.az-a açıqlama verib:
 
"Bu gün Buxarest şəhərində təşkil olunmuş püşkatma mərasimində AFFA-nın rəhbərliyi ilə birgə iştirak etdik. Sevindirici haldır ki, Bakı da Avropa çempionatına evsahibliyi edəcək şəhərlərdən biridir. Qrup mərhələsinin 3 oyunu ilə yanaşı, Bakı 1/4 final mərhələsinin oyunlarının keçiriləcəyi 4 şəhərin də sırasındadır. Böyük bir futbol bayramının birbaşa iştirakçısı olacağıq. Xüsusilə, Türkiyə millisinin qrup mərhələsində Bakıda 2 oyun keçirəcəyi bizi sevindirir. Təbii ki, Türkiyə futbolunun Azərbaycanda azarkeşləri çoxdur. Üstəlik, Türkiyədən öz milli komandalarının oyununa getmək istəyənlər üçün ən rahat, ən yaxın və ən dogma şəhər Bakıdır. Bu baxımdan həm bizim üçün çox şanslı püşkatma oldu ki, Türkiyə millisi Bakıda oynacaq. Eyni zamanda, Türkiyə komandası üçün də uğurlu püşk alındı ki, rəqibləri ilə Azərbaycanın paytaxtında qarşılaşacaqlar. Uels millisinin azarkeşlərinə də sözümüz var: Bakıda pivə keyfiyyətlidir və Uelsdəkindən ucuzdur. Bu bir zarafat olsa da, hər zarafatın mahiyyətində bir ciddi məqam da var. Təbii ki, İsveçrə azarkeşlərini də Bakıda gözləyirik və ölkəmizə təşrif buyuracaq bütün futbolsevərlər böyük futbol festivalının şahidi olacaqlar”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:24 28.05.2020

Qətərin məşhur və unikal tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

23:22 28.05.2020

Şagirdlər Respublika Gününü belə qeyd etdi-Video

23:04 28.05.2020

Türkiyə Super Liqası bu tarixdə bərpa ediləcək - RƏSMİ

22:38 28.05.2020

İngiltərədə ilk: hicablı qadın hakim təyin olundu

22:15 28.05.2020

İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir"

22:13 28.05.2020

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum oldu - STATİSTİKA

22:03 28.05.2020

Prezident: "Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər"

22:00 28.05.2020

Dünyanın ən hündür tikilisi Azərbaycan bayrağına büründü -FOTO - VİDEO

21:48 28.05.2020

Prezident: "Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar"

21:34 28.05.2020

Koronavirusun yayılmasında günahkar hesab edilən qadın ilk dəfə bu barədə danışdı

20:54 28.05.2020

Bakıda kişi gözəllik salonunda işləyən həyat yoldaşını öldürdü

20:04 28.05.2020

Gürcüstan Ermənistana koronavirusla mübarizədə kömək təklif etdi

19:38 28.05.2020

Azərbaycanda bu günə qədər 4 759 nəfər koronavirusa yoluxub, 56-sı ölüb

19:25 28.05.2020

Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

19:23 28.05.2020

Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi

19:06 28.05.2020

Qanunsuz it döyüşləri təşkil edənlər həbs edildi - RƏSMİ