Azay Quliyev: 'Azərbaycan hökuməti Ramil Səfərovu heç vaxt qəhrəman hesab etməyib'

Azay Quliyev:
Bütün Xəbərlər
16:21 07.10.2012
1658
Oktyabrın 6-da Albaniyanın Tirana şəhərində ATƏT PA payız sesssisiyasının ikinci günü Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyan Azərbaycanı Xocalı sakinlərini qətlə yetirməkdə və Ramil Səfərovu əvf edərək qəhrəman kimi qələmə verməkdə günahlandırıb.Modern.az xəbər verir ki, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev Ermənistanı yalan danışmaqda ittiham edərək bildirib ki, Xocalı soyqırımı azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş ən dəhşətli bir cinayətdir. Azay Quliyev çıxışında bildirib: “Səmimi olaraq deməliyəm ki, mən bu gün tam başqa məzmunda, yəni gündəlikdə duran məsələ ətrafında danışmaq istərdim. Lakin erməni həmkarımın çıxışı məni məcbur etdi ki, bəzi məsələlərə aydınlıq gətirim. Əvvəla, Siz hamınız şahidi oldunuz ki, erməni deputat azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında tamamilə yalan məlumat verdi və bu soyqırımın baş verməsində Azərbaycanı günahlandırdı. Amma hamı bilir ki, bu soyqırım azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş ən dəhşətli bir cinayətdir. Təkcə bir faktı deyim ki, Ermənistanın prezidenti Serj Sarkisyan Xocalı soyqırımının Ermənistan tərəfindən törədildiyini etiraf etmiş və bu soyqırımın təşkilində yaxından iştirakına görə fəxr etdiyini bildirmişdi”. Deputat deyib ki, Ramil Səfərovun ekstradisiyası və onun Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi hüquqi baxımdan qüsursuz olaraq həyata keçirilib. “Onu da qeyd etmək istərdim ki, Azərbaycan hökuməti Ramil Səfərovu heç vaxt qəhrəman hesab etməyib. Onun hərəkətləri rəsmi səviyyədə heç vaxt bəyənilməyib və haqq qazandırılmayıb. Biz Ramil Səfərovu, həmçinin Qurgen Marqaryanı, Ermənistanın Azərbaycana təcavüzünün qurbanları hesab edirik. Ona görə də mən Ermənistan rəsmilərinin Ramil Səfərov məsələsindən bəhanə kimi istifadə edərək, öz varlıqlarını Azərbaycanın işğal olunmuş ərazilərində leqallaşdırmamağa və beynəlxalq aləmi çaşdırmamağa çağırıram. Ramil Səfərov məsələsi bitmişdir və bundan sonra müzakirə olunmamalıdır” – deyə A.Quliyev söyləyib. Deputatın sözlərinə görə, çox maraqlı və eyni zamanda ilginc fakt ondan ibarətdir ki, bu gün Ermənistan hökuməti işğalçı ola-ola başqasını nədəsə günahlandırmağa cəhd edir: “Bu, 21-ci əsr diplomatiya tarixində “erməni kəşfi” kimi qeyd olunacaq. “Qonşunun torpağını işğal et və milyonlarla insanın adi hüquqlarını kobud şəkildə poz, lakin başqasını təcavüzdə ittiham et”. Bu, gülməli olmaqla yanaşı, həm də qəbulediməzdir. Bu gedişlə, sabah erməni tərəfi Azərbaycanı ABŞ-da və Avropada baş vermiş maliyyə böhranının əsl səbəbkarı elan etsə, mən buna təəccüblənmərəm. Ermənistanın bu kimi hərəkətləri bölgə üçün çox təhlükəlidir və onsuz da kövrək olan sülh danışıqlarına zərbə vurur. Mən Ermənistanı regionda yaranmış gərginliyi artırmamağa və qarayaxma kampaniyasından çəkinməyə çağırıram”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb