Millət vəkili Azay Quliyev QHT-ləri tənqid etdi.Gün.Az-ın verdiyi xəbərə görə, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun VIII qurultayında çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bəzi QHT təşkilatlarının layihələrindən gileylənib.Belə ki, şura sədri bəzi QHT-lərin layihələrinin məqsədsiz, konkret ideyalara söykənmədiyini bildirib:“Elə layihələr olur ki, biz onlara heç baxmırıq. Nə ideyası, nə də konkret məqsədi var. QHT-lər daha sanballı təkliflər verməlidir ki, biz də dəstəyimizi artıraq. Bundan başqa beynəlxalq tədbirlərdə də çıxış edərək aktivliyini gücləndirməlidirlər”.A.Quliyev foruma daxil olan QHT-lərin fəaliyyətini qənaətbəxş hesab etsə də, bundan daha artıq işləməli olduqlarını bildirib.