"Azdrama"da nə baş verir? - Bədii Şura iclasının açıq keçirilməsini istəyirik

"Azdrama"da nə baş verir? - Bədii Şura iclasının açıq keçirilməsini istəyirik
MƏDƏNİYYƏT
14:21 08.04.2025
1464
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ("Azdrama") Bədii Şurasının iclası keçirilib.

AZXEBER.COM iclasın təfərrüatlarını öyrənmək üçün Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlayıb.
 
O bildirib ki, bu gün teatrda baş tutan iclasdan özünün və bir çox aktyorların xəbəri olmayıb:
 

"Bəli, bu gün iclas baş tutub. Amma mən və mənim kimi bir neçə aktyor orada iştirak etməyib. Çünki xəbərimiz olmayıb. Başda mən olmaqla, biz hamımız açıq iclasın keçirilməyini, orada mətbuatın və nazirlik nümayəndələrinin də iştirak etməsini xahiş etdik. Amma Mehriban Ələkbərzadəyə bu şeylərin heç biri əl vermədiyi üçün bağlı qapılar arxasında iclaslar keçirməyə davam etdi. Bu günki iclas "Sənə yar, səndən yar, şikayətim var" mahnısındakı ifadənin eynisidir. Bu gün kimi kimə şikayət ediblər, bağlı qapılar arxasında nə həll ediblər bilmirik. Mən və bir çox aktyor orada baş verənlərdən bixəbərik".

 
Əməkdar artist hər zaman gənclərə dəstək olduğunu və teatrdakı problemin rol üstündə yaranmadığını bildirib:
 
"İlk dəfə mən şəhid qızı Məsmə Aslanqızının mənzil problemini qabartmışam. O zaman da Mehriban Ələkbərzadə 20 yanvar şəhidləri haqda "Bu vaxta 20 yanvar şəhidi qalar?" deyərək istehza eləmişdi. Sağ olsun Məsmə də mənim bu dediklərimi özü təsdiqlədi. Açıq iclas olsa idi, Məsmə orada da bunu bildirəcəkdi. Amma Mehriban xanım buna icazə vermir. İnanın ki, mənim davam rol üstündə deyil. Heç vaxt deməmişəm ki, mənə rol verin, ya da niyə vermirsiz? Mən əksinə hər zaman gənclərə dəstək olmuşam".
 
Mehriban Xanlarova bu gün baş tutan iclasda Əli Nur ilə gənc aktyorun mübahisəsinə də münasibət bildirib:
 
"Mən orada olmamışam deyə bu hərəkəti kimin etdiyini dəqiqliklə deyə bilmirəm. Ümumiyyətlə, bu cür iclasın keçirilməsi çox absurddur. Orada hər kəs iştirak etməli idi. Əli Nurla əlaqə saxlaya bilməmişəm, onun indi necə əsəbi olduğunu təsəvvür edə bilirəm. Bildiyimə görə bu günkü iclasda Zemfira Nərimanova, Rafiq Əzimov, Fizuli Hüseynov, Sabir Məmmədov olub. Və eşitdiyimə görə Sabir müəllim araya girib, Əli Nuru oradan uzaqlaşdırıb. Teatrda olduğumuz üçün həmən dəqiqə də hadisəni bu şəkildə eşitdik. Bütün bunların səbəbkarı Mehriban Ələkbərzadədir. Hər şeyin başında o insan durur".

AZXEBER.COM mövzu ilə bağlı xalq artisti Əli Nurla əlaqə saxlayıb.
 
Aktyor haqqında çıxan xəbərləri təkzib edib: 

"Bayaqdan hər kəs məni yığır, hadisə haqda məlumat öyrənməyə çalışır. Axı sizə kim deyir ki, mən dava salmışam, məni vurublar? Belə şey olmayıb. Bununla bağlı tetrdan da rəsmi cavab ala bilərsiniz".

 
"Döyüldüyünüzə görə polisə müraciət etdiyiniz doğrudur?" sualına isə xalq artisti belə cavab verib:

"Yazılan xəbərlərin heç biri doğru deyil. Mən polisə şikayətçi olmamışam".

Teatrdan isə mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 4-də Bədii Şuranın iclası zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaşanıb.

"Qeyd olunan fakt tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu, yəni yaradıcılıqla bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda üç tamaşanın məşqi aparılır", - məlumatda vurğulanıb.

Eyni zamanda qeyd edilib ki, hüquq-mühafizə orqanlarına müraciət faktı qeydə alınmayıb.
 
Xatırladaq ki, son vaxtlar "AzDrama”da baş verən qalmaqalın mərkəzində "Baş” tamaşasının səhnələşdirilməsi zamanı digər teatrlardan aktyorların dəvət olunması dayanır. 

Əməkdar artist Mehriban Xanlarova məsələni ictimailəşdirərək bədii rəhbərin işində nöqsanlar olduğunu bildirmiş, açıq iclasın keçirilməsini tələb etmişdi. Xanlarova daha sonra isə Mehriban Ələkbərzadənin vəzifəsindən azad edilməsini tələb etdiyini bildirib.
Aysel Hacızadə
  


 





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi