Azəbaycanda baş redaktor barədə təhqiramiz görüntü yayıldı - VİDEO

Azəbaycanda baş redaktor barədə təhqiramiz görüntü yayıldı - VİDEO
MEDİA
13:55 25.05.2014
2409
“Avropa.info” saytının Baş redaktoru Ruslan Bəşirliyə qarşı davam edən hədə-qorxu, təhqir kampaniyasına daha biri əlavə olunub.
Az öncə Namiq Həşimzadə adlı şəxs Ruslan Bəşirlini təhqir edən video material yayıb. Baş redaktor bu haqda yaydığı məlumatda bildirir ki, bir qrup iranmeyilli şəxs əvvəlcə onu Feysbukda təhqir və təhdid etməyə başlayıb. Namiq Həşimzadəyə sayta müsahibə verərək, barəsində yazılanlara aydınlıq gətirməsi təklif olunsa da, o, bundan imtina edib və sosial şəbəkədə təhdidlərini davam etdirib. Təhdidlərin başanmasına səbəb isə "Hizbullah" terror təşkilatının Azərbaycanda təşkilatlanması ilə bağlı gedən yazıdır.
Həmin yazıda Namiq Həşimzadə adlı Xaçmaz rayon sakininin İranın Azərbaycana qarşı qərəzi ilə seçilən Səhər TV kanalında çıxış etdiyi və Azərbaycanın dövlət rəhbərliyi, eyni zamanda, Azərbaycan xalqı haqqında aşağılayıcı fikirlər səsləndirdiyi bildirilib. Həmçinin sosial şəbəkələrdə Namiq Həşimzadənin "Hizbullah qalibun" adı ilə çıxış etdiyi də qeyd olunub. Bundan sonra yenidən Səhər TV-də çıxış edən Namiq Həşimzadə "Hizbullah qalibun" adlı təşkilat yaratmadığını, sadəcə, bu adın onun "beyininə yerləşdirildiyini" deyib. Daha sonra isə R.Bəşirliyə qarşı növbəti kampaniyaya başlayıb. R.Bəşirli artıq polisə müraciət etdiyini və N.Həşimzadənin təxribatçı əməllərinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarından yardım istədiyini bildirir.
“Avropa.info”nun yaydığı videonu təqdim edirik:
OXŞAR XƏBƏRLƏR