Azəbaycandakı yol qəzalarının dəhşətli STATİSTİKASI

Azəbaycandakı yol qəzalarının dəhşətli  STATİSTİKASI
Bütün Xəbərlər
11:00 30.07.2013
844

2013-cü ilin 1-ci yarımili ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 683.430 yol-hərəkəti qaydalarının (YHQ) pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 4.749, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 118.588, ötmə qaydalarının pozulması üzrə 14.226, yolayrıslarının keçilməsi qaydalarının pozulması üzrə 19.605, sərnişin daşıma qaydalarının pozulması üzrə 2.588 fakt aşkar ediblər.

YHQ pozuntusuna görə 814 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Modern.az-ın məlumatına görə, bu barədə DİN Baş DYP İdarəsidən bildirilib.

Baş idarənin əməkdaşları tərəfindən 2013-cü ilin 1-ci yarımili ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb, 47.764 avtomobil ilkin qeydiyyata alınıb, 51.226 ilkin sürücülük vəsiqəsi verilib.

Yol-nəqliyyat hadisələrinin (YNH) profilaktikası sahəsində həyata keçirilmiş profilaktik tədbirlərə baxmayaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olan və yaralananların sayında artım qeydə alınıb. Belə ki, yarımil ərzində respublika ərazisində 1366 YNH-i qeydə alınıb, nəticədə 556 nəfər həlak olub, 1452 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 88 fakt (6,9%), həlak olanların sayı 120 nəfər (27,5%) və yaralananların sayı 90 nəfər (6,7%) artıb.

Bakı şəhəri ərazisində 490 YNH-i qeydə alınıb, bunların nəticəsində 160 nəfər həlak olub, 506 nəfər yaralanıb.

Respublika üzrə qeydə alınmış YNH-nin 92,6%-i (1265) sürücülərin YHQ pozmaları, o cümlədən 30,9%-i (422) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 30%-i (409) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,8%-i (120) yolayrıslarını keçmə qaydalarının pozulması, 3,1%-i (43) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. YNH-nin 38,4%-ni (525) piyadaların vurulması təşkil edib, nəticədə 189 piyada həlak olub, 388-i yaralaıb. 68 YNH-i piyadaların YHQ pozmaları nətisəsində baş verib. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 43 nəfər uşaq və yeniyetmə həlak olub, 126 nəfər yaralanıb. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olmuş 556 nəfərdən 430-u kişilər, 126-ı qadınlar, xəsarət almış 1452 nəfərdən isə 1099-u kişilər, 353-ü qadınlardır.

2013-cü ilin 1-ci yarımili ərzində BDYPİ-nə 138 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 103-ü tapılıb.

OXŞAR XƏBƏRLƏR