Bu gün erməni-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı soyqırım törətməsindən 94 il ötür.
Azərbaycanın bu ağır günündə “anti-armenia.org” saytının hakerləri tərəfindən Ermənistanın 816 saytı dağıdılıb.Hakerlərin AZXEBER.COM-un redaksiyasına göndərdikləri məktubda, dağıdılan saytların ana səhfəsinə “Dünyaya yalançı soyqırım iddia etməkdənsə, törətdiyiniz soyqırımı boynunuza alma cəsarətinə sahib olun” cümləsi qeyd edilib.
Həmçinin haker dəstəsi, ələ keçirdikləri dövlət və özəl saytlarda rus, ingilis dilində soyqırımla bağlı məlumatları yerləşdiriblər. Onlar bu hücumların son olmayacağını vurğulayıblar.