Azər Nağıyev: "Virus əleyhinə yeni preparatlarla C virus hepatiti bu gün çox uğurla müalicə olunur" - MÜSAHİBƏ

Azər Nağıyev: "Virus əleyhinə yeni preparatlarla C virus hepatiti bu gün çox uğurla müalicə olunur" - MÜSAHİBƏ
SAĞLAMLIQ
13:03 29.05.2018
6624
Dünyada ən geniş yayılmış xəstəliklərdən olan qaraciyər xəstəlikləri hər zaman pasientlərin maraq dairəsindədir.
 
MedEra Hospitalın hepetoloq-infeksianisti Dr. Azər Nağıyev bu haqda suallarımızı cavablandırıb.
 
Həmin müsahibəni təqdim edirik:
 
- Yeni virus əleyhinə preparatlarla C virus hepatiti bu gün çox uğurla müalicə olunur. Dünyada ən geniş yayılmış xəstəliklərdən biri də qaraciyər xəstəlikləridir. Azərbaycanda bu baxımdan vəziyyət necədir?
- Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada qaraciyər xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 milyarda çatıb ki, bunların arasında C virus hepatiti xüsusi ilə geniş yayılmışdır. Azərbaycanda da vəziyyət təəssüf ki, o qədər də ürəkaçan deyil. Təxmini hesablamalara görə ölkəmizdə hər 100 adamdan 2-3 nəfərində C hepatit virusuna rast gəlinir. Xəstəliyin əksər hallarda simptomsuz keçməsi bu xəstələrin vaxtında müraciət etməməsinə və xəstəliyindən xəbərsiz olmasına səbəb olur.
 
- Bu xəstəliklər necə yaranır?
- Bu xəstəlik əsasən qan vasitəsi ilə keçir. Xəstəlik vena daxili narkotik istifadə etdikdə, qan köcürüldükdə, taturiovka və pirsinq zamanı, bərbərxanalarda, tibbi və stomatoloji klinikalarda keçə bilər. Yoluxmanın doğuş zamanı və cinsi yolla baş verməsi az faiz təşkil edir. Xəstəlik əksər hallarda uzun illər boyu simptomsuz keçdiyindən aşkar olunan xəstələr təsadüfən tapılır. Məsələn, xaricə ölkələrə səfər edənlər, donor qanı verənlər, hər hansı cərrahi əməliyyata hazırlıq ərəfəsində müayinədən keçənlər və s.
 
- Xəstəliyi necə müalicə etmək olar?
- Əlbəttə ki, bu xəstəliklər vaxtında aşkar edildikdə xəstələrdə müalicə daha effektlidir. Hepatitin tamamilə müalicəsi dünya tibbini düşündürən ən ümdə məsələlərdən biri olduğunu desək yanılmarıq. 2015-ci ildən başlayaraq yeni dərmanlar icad olunduğu üçün artıq C virus hepatiti müalicə olunan xəstəliklər siyahısına salınmışdır. Yeni virus əleyhinə preparatlar çox yaxşı müalicəvi effekt verir və bundan əvvəl istifadə olunan interferonla müqayisədə 90%-dən çox hallarda tam sağalmanı təmin edir. Yeni preparatlar sadə və kompensə mərhələsində olan sirrozlu xəstələr tərəfindən 1 və ya 2 həb olmaqla 12, bəzən isə 24 həftə ərzində qəbul olunur. Bu preparatlar yalnız mütəxəssis tərəfindən və lazım olan analiz və müayinələrdən sonra təyin olunmalıdır. Belə olan halda müalicə sxemi düzgün seçilə və lazım olan effekti verə bilər. Həmçinin müalicə zamanı həkim xəstənin vəziyyətinə daim nəzarət etməlidir ki, yanaşı təsirlərinin meydana çıxması vaxtında aşkar olunsun və müalicə sxemində lazım olan dəyişikliklər edilsin. İnterferonlarla müqayisədə yeni preparatlar saç tökülməsi, depressiya, hərarətin yüksəlməsi və s. kimi yanaşı təsirləri vermir.
 
- Maraqlı müsahibəyə görə təşəkkür edirik.
- Buyurun, mən təşəkkür edirəm.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI