“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü

“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
İQTİSADİYYAT
14:29 15.07.2026
130

Bankın əməliyyat mənfəəti 30% artmışdır

2026-cı ilin ilk 6 ayı ərzində "Azər-Türk Bank"ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% artaraq 10,3 milyon manat, əməliyyat mənfəəti isə 30% artaraq 15,3 milyon manat təşkil etmişdir.

Bankın kapitalı 14,5 milyon manat artaraq 128,5 milyon manata yüksəlmiş, depozit portfeli isə 30% artaraq 1,5 milyard manata çatmışdır.

Hesabat dövrünün sonuna Bankın aktivləri 129,8 milyon manat artaraq 2 milyard manatı, kredit portfeli isə 828 milyon manatı keçmişdir.

2026-cı ilin ilk altı ayında Bankın gəlirləri 92,5 milyon manat, o cümlədən faiz gəlirləri 69,8 milyon manat, qeyri-faiz gəlirləri isə 22,7 milyon manat təşkil etmişdir. 

Hesabat dövründə ATB beynəlxalq mükafata layiq görülüb

Hesabat dövründə "Azər-Türk Bank” beynəlxalq nüfuza malik Capital Finance International (CFI.co) nəşri tərəfindən "Green Banking Sustainability Pioneer Azerbaijan 2026” ("Azərbaycanda Yaşıl Bankçılıq və Dayanıqlılıq üzrə Pioner Bank – 2026”) mükafatına layiq görülüb. Bu mükafat bankın dayanıqlı inkişaf və ESG prinsiplərini fəaliyyətinə uğurla inteqrasiya etməsinin, yaşıl maliyyələşdirmənin inkişafına verdiyi töhfənin və dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.

Bank ilin ən nüfuzlu IFBS 2026 forumunun rəsmi tərəfdaşı oldu

Həmçinin Bank Bakıda keçirilən və regionun aparıcı maliyyə-bank tədbirlərindən biri olan "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” (IFBS 2026) forumunda rəsmi tərəfdaş qismində iştirak etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Türk dövlətlərinin bank assosiasiyalarının dəstəyi ilə keçirilən forum qlobal maliyyə trendlərinin, regional əməkdaşlığın, ödəniş sistemlərinin inteqrasiyasının və beynəlxalq tərəfdaşlığın inkişafının müzakirəsi üçün mühüm platforma olmuşdur.

Dövlət proqramlarında qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına dəstək

Hesabat dövründə "Azər-Türk Bank” Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” haqqında müvafiq sərəncamlarından irəli gələn hədəflərin həyata keçirilməsinə dəstəyini davam etdirmişdir. Bu çərçivədə Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə talassemiya xəstəsi uşaqlara dəstək məqsədilə qanvermə aksiyası təşkil etmiş, əməkdaşları isə aksiyada könüllü iştirak etmişlər.

Eyni zamanda, Bank təhsil və gənclərin inkişafına yönəlmiş təşəbbüslərini genişləndirərək Bakı Ali Neft Məktəbi (BANM) ilə Anlaşma Memorandumu imzalamışdır. Memorandum elm və təhsilin istehsalatla inteqrasiyasını, tələbələrin təcrübə proqramlarının təşkilini və gənc mütəxəssislərin məşğulluğunu nəzərdə tutur. Təhsilə və gənclərin inkişafına verdiyi davamlı töhfəyə görə "Azər-Türk Bank” cari ildə Azərbaycan Banklar Assosiasiyası tərəfindən "Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə mükafata layiq görülmüşdür.

Enerji effektivliyi üzrə layihələrin həyata keçirilməsində birgə fəaliyyət

Bu ilin aprel ayında daha bir əhəmiyyətli saziş imzalanmışdır. Ölkədə enerji ehtiyatlarından səmərəli istifadəni və enerji effektivliyini dəstəkləmək məqsədi ilə ‘Azər - Türk Bank’ və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müqavilə bağlanmışdır.

Bu sazişdə əsas məqsəd bankla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi və bu istiqamətdə güzəştli kreditlərin verilməsidir.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
15:32 15.07.2026
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
15:19 15.07.2026
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
15:15 15.07.2026
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
15:13 15.07.2026
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
14:48 15.07.2026
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
14:36 15.07.2026
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
14:29 15.07.2026
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
14:19 15.07.2026
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
14:01 15.07.2026
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
13:52 15.07.2026
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
13:35 15.07.2026
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
13:31 15.07.2026
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
13:19 15.07.2026
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
13:06 15.07.2026
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
13:01 15.07.2026
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
12:59 15.07.2026
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir