Azər Türk Bank müştərilərinə ödənişsiz hüquqi xidmətlər göstərir

Azər Türk Bank müştərilərinə ödənişsiz hüquqi xidmətlər göstərir
İQTİSADİYYAT
16:28 03.06.2020
840
Dövlət bankı Azər Türk Bank sahibkar müştərilərinə uğurlu başlanğıc, şəffaf və qanuna uyğun fəaliyyət üçün 24 saat və distant rejimdə ödənişsiz olaraq hüquqi xidmətlər təklif edir.

AZXEBER.COM xəbər verir ki, Bankın müştərisi olan kiçik və orta sahibkarlıq subyektləri öz bizneslərinin müdafiəsi, onun effektiv inkişafı, təsərrüfat fəaliyyətinin həyata keçirilməsi prosesində yaranan hüquqi məsələlərlə bağlı peşəkar hüquqşünasların məsləhətlərindən faydalanmaq imkanına malikdirlər. Bank, həmçinin şirkət üçün nümunəvi sənədlərin hazırlanması üzrə təlimatlar verir, danışıq və sövdələşmələrdə, müqavilə öhdəliklərinin müəyyən olunması və müzakirəsində hüquqşünasın təmənnasız iştirakını təmin edir.

Sözugedən xidməti əldə etmək üçün müvafiq qoşulma ərizəsinin doldurularaq "ATB Business” internet-bankçılıq vasitəsilə Banka göndərilməsi yetərlidir. Xidmət paketindən müştərinin təyin etdiyi üç nəfər istifadəçi yararlana bilər.

Azər Türk Bank, eyni zamanda, şəxsi biznesini qurmaq məqsədi ilə bank hesabı açmaq üçün müraciət edən şəxslərə İlkin vergi konsultasiyası və İlkin dövlət qeydiyyatı, Vergi bəyannaməsinin hazırlanması, mühasibat və konsaltinq xidmətlərini də təmənnasız olaraq təklif edir.

Bütün bunlarla bərabər Azər Türk Bankın müştərisi olan sahibkarlar onlayn müraciət əsasında hesab açaraq, bankın, digərlərindən fərqli olaraq bir çox üstünlüklərə malik "ATB Business” korporativ internet-bankçılıq sisteminə qoşulmaqla, dərhal 100 manat məbləğində bonus qazanmaq, 7 gün ərzində bank əməliyyatlarını heç bir komissiya ödəmədən həyata keçirmək və daha sonra xüsusi, güzəştli tariflərdən yararlanmaq imkanı əldə etmiş olurlar. Qeyd edək ki, ölkədə ilk dəfə Bank bu internet-bankçılıq xidməti çərçivəsində "Korporativ Cash-Back” loyallıq proqramını tətbiq etməklə, aparılmış əməliyyatlara görə tutulan komissiya haqqının bir hissəsini müştəriyə bonus ballar şəklində geri qaytarır. Toplanmış balların istənilən vaxt nağdlaşdırılması mümkündür.

Qeyd edək ki, Azər Türk Bankın müştərisi olmaq istəyən hüquqi şəxslər, fərdi sahibkarların Banka gəlmədən, hesab açmaq üçün onlayn müraciət göndərmələri kifayətdir. Müraciət Bank tərəfindən qəbul edilir, müştəri ilə telefon əlaqəsi yaradılır və lazım olduğu təqdirdə Bankın əməkdaşı ünvana gəlir, əlaqədar işlər yerinə yetirilir. Azər Türk Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı