Azər Türk Bank və Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR

Azər Türk Bank və Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR
İQTİSADİYYAT
14:22 08.06.2026
169
Dövlət bankı Azər Türk Bank (ATB) və ölkənin nüfuzlu ali təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbi (BANM) arasında Anlaşma Memorandumu imzalanıb.

AZXEBER.COM xəbər verir ki, qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən Memorandum Bankın nümayəndələri və ali təhsil ocağının struktur bölmə rəhbərlərinin iştirakı ilə Azər Türk Bankın İdarə Heyətinin sədri Günel Nəbiyeva və  Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən imzalanıb.

Əməkdaşlıq çərçivəsində elm və təhsilin istehsalatla inteqrasiyasını təmin etmək,  məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi, innovativ həllərin birgə araşdırılması, BANM tələbələrinin ATB-də iş təcrübəsinin təşkil edilməsi nəzərdə tutulub. Eləcə də yüksək bilik və bacarığı ilə fərqlənən BANM məzunlarının işlə təmin edilməsi imkanları da sənəddə öz əksini tapıb.

Qeyd edək ki, Azər Türk Bank özünün fəaliyyəti dövründə hər zaman təhsilə və gənclərin inkişafına dəstək olmuş, tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədilə əhəmiyyətli layihələr həyata keçirmişdir. 

1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə (51%-i SOCAR-da olmaqla) məxsusdur.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR