Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə göndərib

Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə göndərib
SİYASƏT
21:26 21.10.2021
538
"Azərbaycan pandemiya ilə mübarizə üçün 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə göndərib”.
 
AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Parlament Sədrlərinin Avropa Konfransında çıxışında deyib.

Sədr qlobal səhiyyə böhranı zamanı "peyvənd millətçiliyi"nin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb: "Biz Avropa Şurasının üzvləri olaraq, bəzi ölkələrin ehtiyaclarından qat-qat artıq peyvənd tədarük etməsinin qarşısını almağa çalışmalıyıq. Azərbaycan bu məsələni gündəmdə saxlamaq məqsədi ilə BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsinə dair qətnamə layihəsi irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib”.

Sahibə Qafarova deyib ki, beynəlxalq hesabatlara görə, dünyanın peyvənd dozalarının 75 faizindən çoxu bir neçə inkişaf etmiş ölkə tərəfindən alınsa da, aşağı gəlirli ölkələrdə peyvəndlə təminat 2 faizdən azdır. Şübhəsiz ki, bu fakt inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrin əhalisini qorumaq imkanlarını məhdudlaşdırır”.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan dünyanın pandemiyadan daha tez və daha az itkilərlə xilas olması üçün qlobal tədbirlərə dair tövsiyələr verə biləcək BMT-nin Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını məqsədəuyğun hesab edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
16:01 09.10.2026
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
15:54 09.10.2026
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
15:30 09.10.2026
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
"Xəzərin taleyi Volqadan başlayır"
15:19 09.10.2026
"Xəzərin taleyi Volqadan başlayır"
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
14:49 09.10.2026
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
14:34 09.10.2026
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
14:27 09.10.2026
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
14:23 09.10.2026
Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
Polşada gecə spirtli içkilərin satışı qadağan edildi
14:04 09.10.2026
Polşada gecə spirtli içkilərin satışı qadağan edildi
Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
14:00 09.10.2026
Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
"Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
13:49 09.10.2026
"Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
Taksi qiymətləri sizi qane edir, yoxsa bahadır? – VİDEOSORĞU
13:46 09.10.2026
Taksi qiymətləri sizi qane edir, yoxsa bahadır? – VİDEOSORĞU
"Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?" - Rəşad Məcid
13:43 09.10.2026
"Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?" - Rəşad Məcid
Yol polisi velosipedçilərə müraciət etdi
13:43 09.10.2026
Yol polisi velosipedçilərə müraciət etdi
Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - FOTO
13:35 09.10.2026
Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - FOTO
İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTOLAR
13:32 09.10.2026
İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTOLAR