Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 26-da Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya daxil olan bəyanatda deyilir: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 26 avqust 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Cenevrə Müzakirələrini tam dəstəkləyir və münaqişənin həlli istiqamətində hazırkı nizamlama prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə inanır”.