Azərbaycan Acer kompüterlərini istehsal edəcək

Azərbaycan Acer kompüterlərini istehsal edəcək
Bütün Xəbərlər
16:08 14.01.2015
518
Nazir müavini açıqlama verdi.
Azərbaycanda Acer kompüterlərinin istehsalının yaradılmasını nəzərdə tutan layihə üzərində işlər aparılır.
AZXEBER.COM  xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu gün təşkil olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda Acer kompüterlərinin istehsalının həyata keçirilməsi istiqamətində layihə var.
“Güman edirik ki, hazırlıq müddəti bitdikdən sonra bu sahədə konkret layihənin icrasını həyata keçirəcəyik” - deyə, nazir müavini əlavə etdi.
OXŞAR XƏBƏRLƏR