Ukraynanın Nikolayev Vilayətində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə adıçəkilən vilayətin Bessarabka kəndində 416-cı Taqanroq Azərbaycan Atıcı Dviziyasının xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi olub.
Nikolayev vilayət və şəhər dövlət admnistrasiyası rəsmilərinin diplomatik korpus nümayəndələrinin ,Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk , Xarkov, Dnepropetrovsk, Luqansk, Odessa ,Kirovoqrad və bir çox vilayət təşkilatları rəhbərlərinin qatıldığı mərasımi Berezanski rayonunun veteranlar cəmiyyətinin sədri Nikolay Qorbatenko açaraq 2-ci dünya müharibəsinin qələbə tarixinə əbədi imza atmış 416-cı Taqanroq Azərbaycan dviziyasının keçdiyi rəşadətli döyüş yolu haqqında ətraflı məlumat verdi.
Ukraynanın Alman faşizmindən azad olunmasında əsl qəhrəmanlıq şücaəti göstərərək canlarını fəda etmış cəngavər azərbaycan oğul və qızlarının xatirəsinin ukrayna xalqı tərəfindən həmişə böyük ehtiramla yad olunduğunu bildirib.Mərasimə qatılanlara dərin minnətdarlığını bildirən Heydər Əliyev adına Nikolayev Vilayət Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin sədri Yunis Əliyev döyüş yoluna 1942-ci ildə Mazdok şəhərindən başlayan 416-cı Azərbaycan Dviziyasının Ukraynanın ,Moldovanın ,Polşanın və bir sıra ölkələrin alman faşizmindən azad olunmasında göstərdiyi qəhrəmanlıq şücaətindən danışıb.Qəhrəman Azərbaycan Dvizyasının xatirəsinə ucaldılmış abidə kompleksinin gələcək nəsillərə örnək olacağını diqqətə çatdırıb.Tərkibində 11 min 50 nəfər Azərbaycanlını birləşdirən 416-cı Azərbaycan Taqanroq dviziyası Ukraynanın Alman faşizmindən azad olunmasında həlledici rol oynayıb.Biz bu gün qəhrəman Azərbaycan dvizyanın xatirəsini əbədiləşdirməklə Azərbaycanla Ukrayna xalqlarının tarix boyu dövətçilik naminə çiyin-çiyinə vuruşduqlarını gələcək nəsillərə çatdırmalıyıq deyən Yunis Əliyev Nikolayev və Odessa vilayətlərinin azad olunması tarixinə oz qanları ilə imza atmış azərbaycan oğul və qızlarının xatirələrinin daim əziz tutulmasının vacibliyini vurğulayıb. Mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin 1-ci katibi Sübhan Hüseyinli, Rusiyanın Odessa şəhərindəki konsulu Andrey Aksyonov Nikolayev şəhər azsaylı xalqlar departamentinin rəhbəri Anar Axundov və digər rəsmi şəxslər çıxış edərək 2-ci dünya müharibəsində qələbənin əldə olunmasında istər azərbaycanın qəhrəman oğul və qızlarının, istərsədə, Bakı neftinin müstəsna əhəmiyyətindən danışıblar .69 il bundan öncə Nikolayev və Odessa vilayətlərinin alaman faşizmindən azad olunmasında həlledici döyüş yolu keçən 416-cı Taqanroq Azərbaycan Dviziyasının xatirəsinə şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə möhtəşəm abidə kompleksi ucaltdığına görə Heydər Əliyev adına Nikolayev Vilayət Azərbaycan Mədəniyyət və Təhsil Mətkəzinin rəhbəri Yunis Əliyevə dərin minnətdarlıqlarını bildirdilər .Tədbirə qatılanlara ağrılı acılı müharibə xatirələrindən danışan vaxtilə 416-cı Taqanroq Azərbaycan dviziyasında vuruşmuş müharibə veteranlarından Əmralı Əmralıyev və Məhəmməd Hüseynov 1944-cü idə ştablarının yerləşdiyi Bessarabka kəndində döyüş yoldaşlarının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışında iştirak etmələrini həyatlarının ən xoş və unudulmaz anı kimi dəyərləndiriblər.
Sonra Azərbaycan,Ukrayna və Rusiyanın dövlət himnlərinin sədaları altında abidə kompleksinin rəsmi açılışı olub.Aidə Kompleksinin önündə hər üç ölkənin dövlət bayraqları qaldırılb Ukraynalı əsgərlər qəhrəman azərbaycan oğul və qızlarının xatirəsini yayılım atəş açmaqla yad etdilər. Tədbirə qatılanlar abidə kompleksinin üzərinə tər çiçəklər qoymaqla azərbaycan dviziyasında döyüşərək həlak olanların xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər .