Azərbaycan Avropa qatarları istehsal edəcək

Azərbaycan Avropa qatarları istehsal edəcək
Bütün Xəbərlər
18:19 27.07.2015
683
“Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkəti ilə əməkdaşlığı çərçivəsində Gəncədə yataq tipli qatarların istehsal edilməsinə başlayacaq.AZXEBER.COM xəbər verir ki, bu barədə oxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.Onun sözlərinə görə, hazırda layihə üzərində işlər gedir:“Yaxın gələcəkdə yataq tipli qatarlar istehsal edən zavodun tikintisinə başlayacağıq” - deyə, N.Əzməmmədov bildirib.Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, yaxın gələcəkdə bu qatarlar qonşu ölkələrə də satıla bilər:“Başlanğıcda bu qatarlar respublikanın təminatını ödəyəcək, yaxın gələcəkdə isə digər qonşu ölkələrə belə qatarların satışını həyata keçirəcəyik”.Əzməmmədov zavodun tikintisi üçün kreditlərin cəlb edilməsini də istisna etmir:
OXŞAR XƏBƏRLƏR