Azərbaycan Beynəlxalq Bankı bu il 55 ailənin özünüməşğulluğunu təmin edib

Azərbaycan Beynəlxalq Bankı bu il 55 ailənin özünüməşğulluğunu təmin edib
İQTİSADİYYAT
20:01 22.12.2020
627
Azərbaycan Beynəlxalq Bankı aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramında iştirakını davam etdirir. 

Bankdan AZXEBER.COM-a verilən məlumata görə, bank həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq proqramı, həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verir. Həmin ailələri Dövlət Məşğulluq Xidməti müəyyənləşdirir. Apreldən başlayaraq indiyə qədər 55 aztəminatlı ailəyə Bank kiçik biznes qurmaqdan ötrü lazımi vasitələr alıb.

Vətən Müharibəsində şəhid olmuş qəhrəman döyüşçümüz Samir Alışovun atası, Hacıqabul rayonunun Qubalı Baloğlan kənd sakini Cəlil Alışovun Dövlət Məşğulluq Mərkəzinə müraciətinin icrasını da Azərbaycan Beynəlxalq Bankı öz üzərinə götürüb. Bank şəhid ailəsinin kiçik təsərrüfat yaratmaqla özünüməşğulluğuna kömək göstərib.

Belə bir proqramın həyata keçirilməsində məqsəd aztəminatlı ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Proqramın unikallığı isə vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir.

Bankın indiyə qədər özünüməşğulluğuna dəstək verdiyi 55 ailədən 23-ü Bakı və Bakıətrafı ərazilərdə, 8-i Gəncə, 3-ü Şirvan, 1-i Hacıqabul, 5-i Sumqayıt şəhərində, 4-i Abşeron, 2-i Sabirabad, 2-i İsmayıllı, 1-i Tovuz, 1-i Cəlilabad, 1-i Zaqatala rayonunda yaşayır. 2 nəfəri Qubadlı, daha 2 nəfəri isə Füzuli rayonundan olan məcburi köçkündür.

Kiçik biznes qurmaqda kömək göstərilən aztəminatlı vətəndaşların 15 nəfərinin qadın olması isə ölkəmizdə qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun təmin edilməsi baxımından bu layihənin dəyərini daha da artırır. Bu ailələrin özünüməşğulluq fəaliyyəti maldarlıq və broyler təsərrüfatı, un məmulatlarının istehsalı, tekstil, mebel, avtotəmir, sağlamlıq, əyləncə və s. bu kimi sahələri əhatə edəcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb