xari

Azərbaycan Beynəlxalq Bankından xanımlara hədiyyə

İQTİSADİYYAT
14:16 02.03.2021
179
Azərbaycan Beynəlxalq Bankı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara xoş bir sürpriz hazırlayıb.
 
AZXEBER.COM xəbər verir ki, bu gündən başlayaraq Bank ödəniş üzüklərində endirim kampaniyasına start verir. Martın 10-a qədər davam edəcək kampaniya dövründə müştərilərə VISA İnfinite kartları ilə təqdim olunan ödəniş üzüklərini 50%, VISA Platinum kartları ilə təqdim olunan ödəniş üzüklərini isə 30% endirimlə əldə etmək olar. Üstəlik, onlayn sifariş edilmiş üzük və kartlar şəhər daxilində müştərinin ünvanına pulsuz çatdırılacaq.

Ödəniş üzükləri Azərbaycan Beynəlxalq Bankının ölkəmizə gətirdiyi növbəti innovativ bankçılıq texnologiyalarındandır. Bankın ötən ilin əvvəlindən bazara təqdim etdiyi bu ödəniş vasitəsi təmassız NFC texnologiyası əsasında hazırlanıb. Ödəniş üzükləri adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar.

Ödəniş üzüklərini şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının istənilən filial və ya şöbəsindən və ya onlayn sifarişlə əldə etmək mümkündür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:20 14.04.2021

"Metronu bağlayıblar, hamı avtobusda ağız-ağıza gedir"- VİDEOSORĞU

14:09 14.04.2021

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

13:49 14.04.2021

Erməni valideynlər Paşinyandan cavab gözləyir

13:46 14.04.2021

Lukaşenko: "Bizim münasibətlərimiz əladır və mən buna görə həmişə fəxr edirəm"

13:45 14.04.2021

"Razılaşdırdığımız məsələlərin praktiki həllini görürük"

13:45 14.04.2021

İlham Əliyev: "Bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik"

13:42 14.04.2021

Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən öldürüldü - FOTO

13:29 14.04.2021

İrəvanda maska üstündə bir sərnişin digərini öldürdü

13:11 14.04.2021

Azərbaycanda gəlin qayınanasını soydu - 11 min manatlıq cinayət

13:04 14.04.2021

Lukaşenko: “Heç bir pandemiya Belarus ilə Azərbaycan arasında əməkdaşlığa mane ola bilməz”

13:02 14.04.2021

Ermənistan prezidenti Gürcüstana səfər edəcək

13:01 14.04.2021

Zaxarova: "Türkiyə ilə uçuşların dayandırılmasında siyasi əsas yoxdur"

12:55 14.04.2021

“Albert Rıjı”nı qətlə yetirən şəxsin saxlanılma anı - VİDEO

12:39 14.04.2021

Paşinyan ilk dəfə etiraf etdi: “Oktyabrın ikinci yarısında ağır güzəştlərə getmək qərarına gəldim”

12:26 14.04.2021

Rusiyanın Türkiyəyə uçuşları dayandırmasına Çavuşoğludan açıqlama - VİDEO

12:17 14.04.2021

İlahiyyatçı: “Pandemiya şəraitində kütləvi iftarlardan imtina etmək savabdır” - VİDEO