Azərbaycan Beynəlxalq Rodos Gənclər Forumunda təmsil olunur

GƏNCLİK
21:52 12.10.2011
1927
2011-ci il 10-14 oktyabr tarixlərində Yunanıstanın Rodos adasında Beynəlxalq Rodos Gənclər Forumunun 2-ci sessiyası öz işinə başlayır. Əsas mövzusu “Gəncliyin gələcək imkanları” olan Forumda 50 ölkəni təmsil edən 150-dən çox fəal gənc iştirak edir. Qeyd edək ki, II Beynəlxalq Rodos Gənclər Forumu “Sivilizasiyalararası Dialoq” Dünya İctimai Forumunun dəstəyi ilə “Youth Time” beynəlxalq gənclər hərəkatı tərəfindən təşkil olunmuşdur. Ölkəmizi Forumda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq əlaqələr departamentinin direktoru Rəna İbrahimovanın rəhbərlik etdiyi 4 nəfərlik nümayəndə heyəti təmsil edir. Forum ərzində R.İbrahimova təhsil sahəsi ilə bağlı məruzə edəcək və bir sıra beynəlxalq gənclər təşkilatlarının rəsmi nümayəndələri ilə görüşələr keçirəcək, onları ATGTİ-nin fəaliyyəti, həyata keçirdiyi layihlər, gələcək planları barədə məlumatlandıracaq. Forumda eyni zamanda gənclərin ictimai prosseslərdə iştirakı, sosial medianın yaranması və inkişafı, dünya ölkələrinin gəncləri arasında birgə layihlərin keçirilməsi mövzuları müzakirə olunacaq.
OXŞAR XƏBƏRLƏR