Azərbaycan BMT-yə etiraz etdi

Azərbaycan BMT-yə etiraz etdi
SİYASƏT
22:59 23.04.2019
8034
Azərbaycan XİN Ermənistanın öz illik hesabatı ilə yanaşı, ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin də hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim etdiyi və bu sənədlərin BMT rəsmi səhifəsində yayıldığı barədə məlumatlara aydınlıq gətirib.

AZXEBER.COM-un xəbərinə görə, bununla bağlı sualı cavablandıran XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, burada BMT-nin İnsan Hüquqları Şurasına təqdim edilmiş illik hesabatdan söhbət gedə bilməz.

Onun sözlərinə görə, mətbuatda məlumatı təqdim edərkən onun dəqiqliyinin yoxlanılması vacibdir: "Ermənistan KİV-in bir çox hallarda müəyyən mövzuları öz maraqlarına cavab verəcək şəkildə təqdim etdiyinin dəfələrlə şahidi oluruq. Birinci hal deyil ki, Ermənistan tərəfi öz məktublarına Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz separatçı rejimin kağızlarını əlavə edirlər. Ermənistan tərəfinin BMT, eləcə də ATƏT çərçivəsində üzvlük hüquqlarından sui-istifadə edərək qanunsuz rejimin kağızlarını öz məktublarının əlavəsi kimi yaymaq təcrübəsinə cavab olaraq, təşkilatlar yayılan bu sənədlərin hər hansı bir şəkildə təşkilatın mövqeyini əks etdirmədiyini bildirirlər. Sənədə diqqətlə baxsanız, burada sənədin əlavəsinin yayılmasının BMT Katibliyinin onun mahiyyəti üzrə hər hansı mövqe bildirməsi demək olmadığı aydın şəkildə yazılır. 

Qeyd etmək istərdim ki, ATƏT-də də eynilə bu kimi sənədlərin üzərində yayılan məlumatın ATƏT-in mövqeyini əks etdirmədiyi birmənalı şəkildə qeyd olunur. Ümumiyyətlə, Azərbaycan ərazilərini işğal edərək burada yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, o cümlədən işğal zamanı Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər törədən, yüz minlərlə etnik azərbaycanlının öz doğma evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır. Bu kimi addımlarla Ermənistan ilk növbədə öz əhalisini aldadır və işğal etdiyi ərazilərdə yaratdığı qondarma oyuncaq qurumun guya ki, tanınması görüntüsünü yaratmaq istəyir”.

BMT-də Ermənistan nümayəndəliyi tərəfindən yayılan sənədə gəldikdə, L.Abdullayeva qeyd edib ki, bu günədək Ermənistanın bu kimi təxribatlarına cavab olaraq ölkəmizin mövqeyini əks etdirən və yayılmış kağızların heç bir qüvvəyə malik olmadığını bildirən etiraz məktubları BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi dərc olunaraq yayılıb: "Konkret qeyd etdiyiniz hal ilə bağlı ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüş keçirilib və Ermənistanın Cenevrədəki Daimi Nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olunmuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirilib”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı