Azərbaycan-Bosniya və Herseqovina Biznes Forumu keçirildi

Azərbaycan-Bosniya və Herseqovina Biznes Forumu keçirildi
Bütün Xəbərlər
20:41 18.10.2012
886
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bu gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Bosniya və Herseqovinanın Xarici Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycan-Bosniya və Herseqovina biznes forumu keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, inşaat, İKT, neft-qaz və kimya məhsullarının istehsalı, ətraf mühitin mühafizəsi, su qurğularının tikintisi, metallurgiya, təhlükəsizlik və yanğınsöndürmə xidmətləri və digər sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.Biznes forumda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev iş adamları arasında əlaqələrin qurulması üçün əlverişli siyasi zəminin olduğunu, Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və bu əlaqələrin inkişafında yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçin Azərbaycana səfərinin də əməkdaşlığın inkişafına töhfə olacağını qeyd edib. Nazir Ş. Mustafayev biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü biznes forumun yeni əməkdaşlıq imkanlarının yaranmasına, iş adamları arasında mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirib.Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, Bosniya və Herseqovinanın Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini, iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Biznes forum və işgüzar görüşlərin iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynadığını, ölkəsinin iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə malik olduğunu qeyd edən Bakir İzetbeqoviç iş adamlarını fəal əməkdaşlığa dəvət edib.AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndiyini, ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini qeyd etmiş, işgüzar dairələr arasında əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.Bosniya və Herseqovinanın Xarici Ticarət Palatasının vitse-prezidenti Veselin Poljaseviç çıxışında iki ölkə arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verib, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Bosniya və Herseqovina və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını vurğulayıb.Tədbirdə AZPROMO-nun nümayəndəsi Qədir Hüseynov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Bosniya və Herseqovinanın İxracın Təşviqi Agentliyinin direktoru Enes Aliskovic isə ölkəsinin investisiya mühiti, ixrac və idxal imkanları barədə təqdimatlarla çıxış ediblər. Biznes forumda Azərbaycan, həmçinin Bosniya və Herseqovinanın iqtisadi potensialına dair video çarxlar nümayiş olunub.Tədbir çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Bosniya və Herseqovinanın Xarici Ticarət Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Tədbir iş adamları arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib. Səfər çərçivəsində Bosniya və Herseqovinadan olan iş adamları Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaqlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baş nazir: İsrailin Tramp qədər yaxşı dostu olmayıb
17:37 19.06.2025
Baş nazir: İsrailin Tramp qədər yaxşı dostu olmayıb
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
17:28 19.06.2025
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
17:23 19.06.2025
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
17:09 19.06.2025
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib