Azərbaycan bu gün BMT-də mübarizəni davam etdirəcək

Azərbaycan bu gün BMT-də mübarizəni davam etdirəcək
Bütün Xəbərlər
11:24 24.10.2011
1521
Bu gün Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü məsələsi həll olunacaq
BMT TŞ-da Şərqi Avropanı təmsil edəcək ölkənin adı hələ də müəyyənləşməyib. Bu yer uğrunda mübarizə Azərbaycan və Sloveniya arasında gedir. Qeyd edək ki, diqər iddiaçı Macarıstan səsvermənin ilk raundundan sonra üç ölkə arasında ən az səs toplamaqla mübarizəni dayandırıb.İndi mübarizə Azərbaycanla Sloveniya arasında gedir. BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013 illər üçün cooqrafi prinsiplə seçilən 5 qeyri-daimi üzvünün 4-nun adı məlumdur. Bunlar Pakistan, Mərəkeş, Qvatemala və Toqodur. Yeni seçilən ölkələr 2012 ilin yanvarın 1-dən səlahiyətlərinin icrasına başlayacaq.
OXŞAR XƏBƏRLƏR