AZXEBER.COM xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov "facebook” səhifəsində qeyd edib.
O bildirib ki, 15 milyon ton ötürmə potensiallı Zəngəzur dəhlizi regionun inkişafında xüsusi paya malik olacaq:
"Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq.
Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Nəticədə Orta Dəhlizin də genişlənməsinə imkan yaradacaq ki, bu da Azərbaycanın Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir. Eyni zamanda, alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı qazandıracaq.
Zəngəzur dəhlizi həmçinin türk dünyasını birləşdirəcək quru nəqliyyat dəhlizidir. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolu ilə kommunikasiyanın bərpasına, Naxçıvanın blokadadan çıxmasına, həm də Azərbaycan daxil olmaqla bütövlükdə türk dünyasının iqtisadi inkişafına töhfə deməkdir”.











































