“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO

“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
SOSİAL
12:07 02.08.2026
513
"Ən çətin anlarında belə üzündən təbəssüm əskik olmurdu".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Beynəlxalq Muğam Mərkəzində keçirilən Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində şair Vahid Əziz deyib.

O bildirib ki, Nəriman Həsənzadə təkcə poeziyası ilə deyil, yüksək insani keyfiyyətləri ilə də hər zaman xatırlanacaq:

"Nəriman müəllimin ən çətin anlarında belə üzündən təbəssüm əskik olmurdu. O, hər zaman səmimi, mehriban və təvazökar insan idi. Nəriman Həsənzadə Azərbaycan xalqının yaddaşında böyük şair, dəyərli ziyalı kimi əbədi yaşayacaq".

Çıxışında Xalq şairi ilə bağlı xoş xatirələrini bölüşən Vahid  Əziz onun Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verdiyini vurğulayıb və ailəsinə, doğmalarına başsağlığı verib.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR