Azərbaycan çempionu faciəvi şəkildə həlak oldu

Azərbaycan çempionu faciəvi şəkildə həlak oldu
Bütün Xəbərlər
12:16 03.12.2012
7443
Qax rayonunda idmançı gənc bir qoyunun güdazına gedib.
Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, qoyunları çaydan keçirən 23 yaşlı Taleh Osmanov ehtiyatsızlığının qurbanı olub. 
İşi araşdıran Qax Rayon Prokurorluğunun müstəntiqi İlqar Səfərov Milli.Az-a bildirdi ki, çaya doğru əyilən elektrik dirəyinin naqili qoyuna toxunub. Qoyunu xilas etmək istəyən T.Osmanovun çiyni isə elektrik naqilinə dəyib. Yaş olan T.Osmanovu elektrik cərəyanı yandırıb. 
Müstəntiqin sözlərinə görə, faktla bağlı araşdırma aparılır. 
Onu da əlavə edək ki, 3 bacının bir qardaşı olan T.Osmanov dağadırmanma üzrə ölkə çempionatının mükafatçısıdır. 
OXŞAR XƏBƏRLƏR