Azərbaycan çempionundan super transfer

İDMAN
13:55 10.09.2013
1234

“Rabitə” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu Tailand millisinin toppaylayıcısı Nutsara Tomkomun keçidini həll edib.  Belə ki, Bakı təmsilçisi az öncə heyətini komplektləşdirsə də, sonradan 2010-cu ildən komandada çıxış edən İrina Jukovanın sağlamlığında problem yaranıb. Bu səbəbdən də 39 yaşlı ukraynalıya əvəzləyici tapılmağa qərar verilib ki, bu da nəinki Azərbaycanda, dünyada belə adından söz etdirən Tomkom olub.  Bakı klublarında karyerasına “Azərreyl”də başlayıb (2010-2012), “İstisadçı”da (2012-13) davam etdirən Asiya çempionatının və kubokunun qalibi Super Liqanın 2 dəfə gümüş medalını qazanıb və 2010/2011 mövsümündə ən yaxşı toppaylayıcısı seçilib. Öz mövqeyində və topu oyuna daxil etməkdə dəfələrlə yığmasının heyətində ən yaxşı seçilən Tomkom son Qran-prinin seçmə mərhələsində də bunu göstərdi.  Beləliklə, “Rabitə”nin yeni mövsüm üçün heyəti aşağıdakı kimi olacaq:  Toppaylayıcılar: Katarjina Skorupa, Nutsara Tomkom Hücumçular: Aurea Kruz, Reyçel Rurk, Dora Horvat, Katarjina Skovronska, Sanya Staroviç Blokçular: Nataşa Krsmanoviç, Foluke Akinradevo, Britni Kuper  Liberolar: Brenda Kastillo, Kayla Banvart Baş məşqçi: Angiolino Frigoni (İtaliya) Qeyd edək ki, Jukova “Rabitə”nin heyətində 3 dəfə Azərbaycan və 1 dəfə klublararası dünya çempionu adını qazanıb. O, həmçinin paytaxt təmsilçisi ilə 2 dəfə Çempionlar Liqasının, 1 dəfə mundialın finalında oynayıb. 

OXŞAR XƏBƏRLƏR