Azərbaycan Dəmir Yollarının PR kampaniyası əks-effekt verdi - Mütəxəssis səbəbləri açıqladı

Azərbaycan Dəmir Yollarının PR kampaniyası əks-effekt verdi - Mütəxəssis səbəbləri açıqladı
SOSİAL
17:09 25.05.2026
653
Son günlər dövlət qurumlarının kommunikasiya və PR yanaşmaları sosial mediada və ictimai diskursda müzakirə mövzusuna çevrilib. Bakı Metropoliteninin süni intellekt texnologiyası vasitəsilə tanınmış şəxsləri "metroya gətirməsi”, eləcə də Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) əməkdaşı olduğu iddia edilən xanımın ilk sərnişin kimi təqdim etdiyi videogörüntülər ictimaiyyət arasında müxtəlif reaksiyalar doğurub. 

ADY həmin görüntülərlə bağlı yayılan iddiaları inkar etsə də, məsələ ətrafında suallar hələ də tam aydınlıq tapmayıb. Paralel olaraq, vətəndaşlar üçün xüsusi əhəmiyyət daşıyan Bakı–Tbilisi reysinin bərpası ətrafında yaranan kommunikasiya vəziyyəti də diqqət çəkir. İddialara görə, bu prosesin ictimaiyyətə təqdimatı ADY-nin İctimaiyyətlə Əlaqələr komandası tərəfindən gözlənilən peşəkar kommunikasiya nümunəsi kimi deyil, əksinə, böhran kommunikasiya mərhələsinə qədər gərginləşən uğursuz PR təcrübəsi kimi qiymətləndirilir.

"Viva" kommunikasiya agentliyinin rəhbəri, PR mütəxəssisi Vüqar Baba AZXEBER.COM-a açıqlamasında bildirib ki, PR-ın təməl vəzifəsi vətəndaşı məlumatlandırmaqdır:

"Vətəndaşla birbaşa işləyən qurumların PR fəaliyyəti bəzək yox, baza ehtiyaclar üzərində qurulmalıdır. PR-ın təməl vəzifəsi vətəndaşı məlumatlandırmaq, onun narahatlıqlarını aradan qaldırmaq və qurumla cəmiyyət arasında şəffaf körpü olmaqdır. Əgər bir qurumun fundamental xidmətləri ilə bağlı suallar və problemlər açıq qalırsa, orada edilən hər hansı kreativ  kampaniya əks-effekt verəcək”.


Kommunikasiya eksperti deyib ki, bəzi strukturlarda  "tortun üstündəki gül" sindromu yaşanır:
 
"Bəzi strukturlarda arada "tortun üstündəki gül" sindromu yaşanır. Yəni, tortun tərkibi, keyfiyyəti ilə bağlı müştərinin suallarını cavablandırmayıb onun üstündəki naxışlardan danışmaq qıcıq doğurur. Müəssisələrin PR strukturları təməl öhdəliklərini yerinə yetirmədən "bəzəkli" layihələr etdikdə bu, ictimaiyyət tərəfindən problemləri gizlətmək və ya diqqəti yayındırmaq cəhdi kimi qəbul oluna bilər”. 

O bildirib ki, PR-ın ölçü vahidi inam və etibardır:

"Həssas məqamlarda diqqəti süni intellekt layihələri və ya maraqlı videolarla başqa yönə çəkməyə çalışmaq peşəkar kommunikasiya deyil. Bu, reklam çarxı kimi uğurlu görünə bilər, amma institusional PR baxımından uğursuz olacaq. Çünki PR-ın ölçü vahidi baxış sayı, "vau" effekti deyil, inam və etibardır. İnamın olmadığı yerdə isə ən bahalı reklam belə manipulyasiya təsiri bağışlayacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ"da gərgin anlar: Qurban Qurbanov iki futbolçunu oyundan çıxardı - Video
20:21 31.10.2026
"Qarabağ"da gərgin anlar: Qurban Qurbanov iki futbolçunu oyundan çıxardı - Video
Bu ölkənin 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
20:13 31.10.2026
Bu ölkənin 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
Valilik: ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib, iki balıqçı itkin düşüb
20:03 31.10.2026
Valilik: ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib, iki balıqçı itkin düşüb
Tramp: Bu ölkədə hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
19:53 31.10.2026
Tramp: Bu ölkədə hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
19:42 31.10.2026
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
19:39 31.10.2026
FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
19:28 31.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
19:23 31.10.2026
Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
19:16 31.10.2026
Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
19:11 31.10.2026
“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
İran yeni silahlar sınaqdan keçirib
19:00 31.10.2026
İran yeni silahlar sınaqdan keçirib
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
18:53 31.10.2026
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
18:46 31.10.2026
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
18:39 31.10.2026
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
18:34 31.10.2026
Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
18:26 31.10.2026
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır