Azərbaycan dilini niyə korlayırsız? - Professor yazır

Azərbaycan dilini niyə korlayırsız? - Professor yazır
Bütün Xəbərlər
15:00 21.10.2015
1099

İsmayıl Kazımov, dDilçi-alim, filologiya elmləri doktoru, professorElə bil ya baş qatmağa, ya da sataşmağa bənzəyir. Hər yerindən duran da dilimizin orfoqrafiya lüğətini «qamçılamağa çalışır» Əlbəttə, hər təzə çap olunmuş əhəmiyyətli əsərlərə münasibət bildirmək olar. Amma necə?

Yazının adı da düz seçilməyib: Afaq Məsud Tofiq Hacıyevə qarşı: «Sanki qəsdən təhrif ediblər» Əslinə qalanda yaxşı yazıçı kimi tanıdığımız Afaq Məsud akademik Tofiq Hacıyevə qarşı çıxmır, yazıda onun heç adı da çəkilmir. Lüğət T.Hacıyev Dilçilik İnstitutuna direktor olmadığı vaxta işıq üzü görmüşdür.

Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının iclasında çıxarılan nəticəyə münasibət belədir: Terminoloji və dialektoloji lüğətlərimiz qədərincədir. Amma geniş oxucu, mətbuat işçiləri və b. üzünü orfoqrafiya lüğətinə tutur. Fikrimizcə, sözügedən orfoqrafiya lüğətində linqvistik baxımdan lazım olan teminoloji vahidlər və hətta lazım olan dialektizmlər özünə yer etməlidir.

Bu lüğət nə üçün təəssüflə qarşılanmalıdır? Yeni orfoqrafiya lüğətinin təkmilləşdirilməsində komissiya üzvü kimi mən yazıda ifadə olunmuş «dilimizə, leksik mədəniyyətimizə yad, çox vaxt yazılış qaydasısanki(bu bağlayıcı yazıda çox hallanır) qəsdli şəkildə təhrif olunan söz və ifadələrlə doludur» fikri ilə razılaşmıram. Kim bunu qəsdən edər?

Maraqlıdır sizin işlətdiyiniz«qəsdli»sözü bu lüğətə düşməmişdir. Siz bir yazıçı kimi təzə söz yaratmısının, bəli, onun lüğətə düşmədiyini deyə bilərsiniz. Bu qəbildən, əlbəttə, mövcud lüğətdə nöqsanlar vardır. Mətbuatda olan bəzi təptəzə sözlər və terminlər buraya düşməmişdir.

«Mərkəz indiki halda bu nəşrdən istifadəni məqsədəuyğun saymır» deməklə də insafsızlıq edirsiniz. İstifadə etmək lazımdır, daha yenisi, təkmilləşdirilmiş, ideal variant çap olunana kimi. Hörmətli yazıçı, insafsızlıq o həddə çatır ki, yazırsınız ki, o səbəbdən ki, aparılan təhlil, kitabda yer alan50000-dən çox sözünədəbi dil qaydalarına (bu olmalı idi, orfoqrafiya qaydalarına) uyğun tərtib edilmədiyini, sözlərin yazılış qaydasının pozulduğunu (nümunə göstərə bilərsənmi?), yüzlərlə terminoloji, qəliz ərəb, fars və ara sözlərin, şivə və dialektlərin (olmalıdır, dialekt və şivə sözlərinin) əlavə olunduğunu aşkar edib. Bu lap ağ oldu, Afaq xanım! Mötərizə içərisində düzəlişlər də mənə elə gəlir ki, sizin dilçiliyi, xüsusən də respublikamızda leksikoqrfik mənzərəni zəif bilməyinizdən irəli gəlir.

«Spesifik» dediyin terminlər orfoqrafiya lüğətində mütləq olmalıdır. Doğrudur, hər sahənin özünəməxsus terminoloji lüğətləri də vardır. Amma orfoqrafiya lüğətində həmin terminlərin də verilməsi prinsip etibarı ilə çox düzgündür.(Dissertasiyalar var: «Lüğətlərdə terminlərin, dialektizmlərin verilməsi prinsipləri və s.»)

«Ağu», «ağulu», «alabayraq» və s. ümumxalq dilində indi də işlənən sözlər nə vaxtdan «əcaib sözlər»dir. Faciə saydığın, məsələn, «axtarmamotal» sözü böyük aşığımız dədə Ələsgərin şeirlərində uğurla işlədilib, hətta orta məktəb dərsliklərində də kiçik yaşlı şagirdlər tanışdırlar.

«Axartı», «ağızdanharfa» və s. el arasında işlənən dialektizmlərdir. Niyə orfoqrafiya lüğətinə düşməsin? Düşəndə nə olar, faciə baş verər? Bizim 1964-cü ildə sanbalı dialektoloji lüğətimiz çap olunub. 2 cildən ibarət bu lüğət təkmilləşdirilmiş və genişləndirilmiş biçimdə Türkiyə Respublikasında nəşr edilmişdir.

«Ab» (su) sözündən isə elə bil qorxursunuz. Bu söz klassik ədəbiyyatımızda gen-bol işlədilmişdir. Mənası kiçik yaşlı məktəlilərə də bəllidir. Əlifba sırası ilə bu söz ən əvvəldə olmalıdır:ab, aba, abad...Mən demirəm ki, bu lüğət nöqsansızdır, toxunulmazdır. Bunu tənqid etmək olmaz. Amma hər kiçik qüsuru əldə əsas tutaraq o lüğət üzərində gecə-gündüz əziyyətə qatlaşmış günahsız alimləri əsəbiləşdirmək nə dərəcədə düzgün bir hərəkətdir. Tənqid obyektivliyə söykənməlidir. Bir dilçi kimi fikrimcə, lüğətə qarşı yönəlmiş bu qeyri-obyektiv mövqe (ağır durum, yolverilməz anlaşılmazlıqlar və yanlışlıqlar və s.) «Dövlət proqramının layihəsi»nə bu yazını təşkil edənin hörmətsizliyin əlamətidir.

OXŞAR XƏBƏRLƏR