Azərbaycan dünya 20-liyində

Azərbaycan dünya 20-liyində
Bütün Xəbərlər
10:12 31.12.2014
964
2014-cü ildə milli iqtisadiyyatın əlverişli xarici mövqeyi qorunub, valyuta ehtiyatları artmaqda davam edib. Azərbaycan iqtisadiyyatı cari ildə region ölkələrində gedən proseslər fonunda yüksək sabitlik nümayiş etdirib.Dünya əmtəə bazarlarındakı mövcud konyunktura baxmayaraq, 2014-cü ilin ötən 11 ayında xarici ticarət balansının profisiti ötən ilin eyni dövrünə nəzərən 2.7 faiz artıb. İxracın həcmi idxalı 2.6 dəfə üstələyib. İdxalın 18 faiz azalması müşahidə olunub.Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.Bildirilir ki, milli iqtisadiyyata xarici investisiyalar 11 ayda 16.5 faiz artaraq 5.6 milyard ABŞ dolları təşkil edib. Ölkənin yüksək beynəlxalq reytinqi ilk dövlət avrobondlarını dünya bazarlarında əlverişli şərtlərlə yerləşdirməyə imkan verib.
OXŞAR XƏBƏRLƏR