Azərbaycan Dövlət İqtisad Universitetində “İRƏLİ” İctimai Birliyinin təqdimatı baş tutdu (FOTOLAR)

GƏNCLİK
18:17 23.12.2011
2170
22 Dekabr 2011-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində “İRƏLİ” İctimai Birliyinin təqdimatı baş tutmuşdur. Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin 100-dən çox tələbəsi iştirak etmişlər.“İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev ilk öncə tədbir iştirakçılarını salamlamış və təşkilat barədə qısa məlumat vermişdir. Sonra təşkilatın təhsil müəssisələri ilə iş üzrə katibi Azər Abdullayev “İRƏLİ” İctimai Birliyinin layihələri haqqında danışmışdır.Daha sonra “İRƏLİ” Təlim Mərkəzinin rəhbəri Vüsal Bəkirov tələbələrə mərkəzin fəaliyyət istiqamətləri, təlim strategiyası barədə məlumatları özündə əks etdirən təqdimat həyata keçirmişdir.Sonda isə “İRƏLİ” Xaricdə Təhsil Mərkəzinin nümayəndəsi Mədinə Əhmədova gənclərin xaricdə təhsillə əlaqədar suallarını cavablandırmışdır.Qeyd edəki ki, “İRƏLİ” İctimai Birliyi hər tədris mövsümündə Azərbaycanın ali təhsil ocaqlarında təşkilatın təqdimatını həyata keçirir. Təqdimatların əsas məqsədi universitet tələbələrini “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti və təşkilatda gənclər üçün yaradılan imkanlarla tanış etməkdir.

OXŞAR XƏBƏRLƏR