Azərbaycan elmində qalmaqal - professor plagiatlığa görə qovuldu

Azərbaycan elmində qalmaqal -  professor plagiatlığa görə qovuldu
Bütün Xəbərlər
01:50 11.06.2014
1051

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda unikal hadisə baş verib: professor plagiata görə qovulub.

AZXEBER.COM Bakupost.az-a istinadən xəbər verir ki, Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi "İqtisadiyyat" qəzetində institututun iki əməkdaşının həmmüəllifliyi ilə məqalə dərc edilib. Lakin məqalə Moskva nəşrlərindən birindən olduğu kimi köçürülübmüş.

Oğurluq yazı böyük rezonans doğurub. Çünki, təkcə müəlliflik hüquqları pozulmayıb, həm də nəşrin imici zədələnib.

Dünən İqtisadiyyat İnstitutunda məsələ ilə bağlı iclas keçirilib, əməkdaşların hərəkətləri pislənilib və müxtəlif cəzalar təklif edilib.

Nəhayət, hər iki əməkdaş cazəlandırılıb. Plagiat məqaoənin müəlliflərindən birinə töhmət verilib, oğurluğun təşəbbüskarı kimi çıxış edən professor Ağadadaş Qafarov isə işdən qovulub.

Bu, Azərbaycanda professorun plagiata görə işdən qovulması ilə bağlı ilk hadisədir.

OXŞAR XƏBƏRLƏR