Azərbaycan ən həssas vəziyyətdə olan ölkələri dəstəkləyir

Azərbaycan ən həssas vəziyyətdə olan ölkələri dəstəkləyir
SİYASƏT
20:09 19.11.2026
71
COP31 çərçivəsində COP29 Sədrliyi və Birlik (Commonwealth) tərəfindən yaradılmış Kiçik Ada Dövlətləri üçün Ətraf Mühit Dayanıqlılığı Fondunun ilk beş qrant benefisiarı elan edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "X" sosial şəbəkə hesabında bildirib.

"Barbados, Kiribati, Maldiv adaları, Mavriki və Baham adaları iqlim dəyişikliklərinə davamlılığın gücləndirilməsinə yönəlmiş, ölkələrin öz təşəbbüsü ilə hazırlanmış praktiki layihələrin həyata keçirilməsi üçün dəstək alacaq", - o yazıb.

Y. Rəfiyev vurğulayıb ki, bu təşəbbüs Azərbaycanın, xüsusilə iqlim dəyişiklikləri qarşısında ən həssas vəziyyətdə olan ölkələr üçün iqlim həmrəyliyini konkret əməli fəaliyyətə çevirmək istiqamətində davamlı öhdəliyini əks etdirir.
OXŞAR XƏBƏRLƏR