Azərbaycan Ermənistandan 300 milyard dollar təzminat tələb edəcək

SİYASƏT
13:33 10.12.2013
1043

Bu günədək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi artıq 300 milyard dolları keçib. Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Ə.Həsənovun sözlərinə görə, əvvəllər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi 60 milyard ABŞ dollar məbləğində hesablanırdı. Lakin son beynəlxalq hesablamalara görə, dəymiş ziyanın real həcmi bundan 5 dəfə çoxdur: "Biz o vaxt heç bilmirdik ki, beynəlxalq aləmdə bu ziyanlar necə hesablanır. Son 5-6 ildə Prezident İlham Əliyevin tapşırığı ilə Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasına müraciət olunub. Bu qurumla biz artıq 2 ildir işləyirik. Bu günədək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi artıq 300 milyard dolları keçib. Bunu onlar müəyyənləşdiriblər. Azərbaycanın hüququdur ki - buna beynəlxalq hüquq da icazə verir - istənilən vaxt bunu təzminat formasında Ermənistana qarşı təqdim edək. Əgər Ermənistan düz yola gələrsə, Azərbaycan hansısa müəyyən güzəştə gedə bilər. Əgər onlar düz yola gəlsələr, təzminatın ödənişində müəyyən güzəştlərə baxıla bilər. Əgər düz, konstruktiv yola gəlməsələr, təbii ki, Azərbaycan istənilən vaxt bu məbləğin təzminat formasında ödənilməsini tələb edəcək".

Baş nazirin müavini, həmçinin ehtiyac olacağı təqdirdə işğal olunmuş ərazilərlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin olunacağını da istisna etməyib: "İğal altında olan ərazilərin boşaldılması, dəymiş ziyanın ödənilməsi tələbi barədə beynəlxalq hüquq normaları, beynəlxalq sənədlər, konvensiyalar mövcuddur. Biz o konvensiyaların hamısına qoşulmuşuq. Bununla bağlı məsələlər Azərbaycanın milli qanunvericiliyində də yer alıb və bununla bağlı qanunlar qəbul olunub. Bizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli və bu problemlərə baxış haqqında kifayət qədər milli qanunvericilik var. Onlar da hamısı beynəlxalq konvensiyalara əsaslanır. Ancaq vaxt keçdikcə, ehtiyac yarandıqca bu qanunlarda müəyyən dəyişikliklər və əlavələr edilə bilər. Bu, formal haldır".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır