Azərbaycan Ermənistanın qanunsuzluğuna görə həmsədrlərə müraciət etdi

Azərbaycan Ermənistanın qanunsuzluğuna görə həmsədrlərə müraciət etdi
SİYASƏT
11:06 14.09.2020
795
"Son günlər sosial şəbəkələrdə təcavüzkar ölkə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında qeyri-qanuni məskunlaşdırma siyasətinin davam etdirildiyini nümayiş etdirən video-görüntülər yayılıb.Livanın Beyrut şəhərində baş verən partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən işğalçı Ermənistan Livan ermənilərinin Azərbaycanın beynəlxalq tanınmış əraziləri olan və hazırda hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürmək planlarını reallaşdırmağa başlayıb. Bu qanunsuz fəaliyyət işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasıdır".

Bu barədə AZXEBER.COM-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. 

"Qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən Ermənistanın məqsədi isə aydındır; təcavüzkar ölkə bu yolla işğal etdiyi ərazilərdə həyata keçirilən etnik təmizləmənin nəticələrini, işğala əsaslanan status-quo vəziyyətini möhkəmləndirməyə çalışır.

Bölgə ilə hər hansı əlaqəsi olmayan etnik erməniləri Azərbaycanın hazırda işğal altında olan torpaqlarına qanunsuz şəkildə köçürməklə burada ermənilərin sayını süni şəkildə artırmağa çalışan işğalçı Ermənistan 30 ilə yaxındır ki, insan hüquqları pozulan, Dağlıq Qarabağ və ətraf bölgələrdən  zorla didərgin salınan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri qayıtmasına əngəl törədir.

Bölgədə gərginliyi alovlanıdrmaq məqsədini güdən və öz təxribatçı əməlləri və bəyanatları ilə son zamanlar bunu açıq şəkildə nümayiş etdirən Ermənistan rəhbərliyi həyata keçirdiyi bu ilhaqçı siyasəti ilə münaqişənin danışıqlar masası arxasında həllinə zərbə vurur.

Azərbaycan XİN-i Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti, konkret olaraq Livandan etnik ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına köçürülməsi ilə bağlı ciddi etirazını ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında və müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaldırıb. İşğal edilmiş ərazilərimizdə həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşdırmaya dair beynəlxalq ictimaiyyət mütəmadi məlumatlandırılacaq və bu qanunsuz təcrübəyə son qoyulması istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində səylərimiz davam etdiriləcək.  

Azərbaycan ərazilərini işğal altında saxlayan və bu ərazilərdə qeyri-qanuni fəaliyyəti həyata keçirən Ermənistan hökumətinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq ictimaiyyəti əməli addımlar atmağa çağırırıq", - XİN-dən bildirilib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
20:17 05.10.2026
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
20:11 05.10.2026
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
20:07 05.10.2026
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
20:01 05.10.2026
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
19:56 05.10.2026
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
19:49 05.10.2026
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
19:44 05.10.2026
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
19:32 05.10.2026
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
19:32 05.10.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
19:15 05.10.2026
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
19:08 05.10.2026
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
18:55 05.10.2026
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Fransada 500-ə yaxın məktəb bağlanacaq
18:40 05.10.2026
Fransada 500-ə yaxın məktəb bağlanacaq
Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanan yeniyetmə vəfat edib
18:27 05.10.2026
Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanan yeniyetmə vəfat edib
BƏƏ 17 iranlı məhbusu Tehrana təhvil verib
18:18 05.10.2026
BƏƏ 17 iranlı məhbusu Tehrana təhvil verib