Azərbaycan əsas sülh sazişi üzərində işə başlamağı təklif edir

Azərbaycan əsas sülh sazişi üzərində işə başlamağı təklif edir
Bütün Xəbərlər
00:38 07.12.2011
1291

Elmar Məmmədyarov: "Çıxış yolu təkcə danışıqların davam etdirilməsi deyil, həm də əlaqələrin intensivləşdirilməsidir"

Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair danışıqlar 20 ildir davam edir. Təəssüf ki, ərazilər hələ də işğal altındadır, etnik təmizləmələr aparılıb. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. Son 7 ildə xüsusilə intensiv danışıqların aparıldığını deyən nazir qeyd edib ki, 2004-cü ildən danışıqların nəticələrini əks etdirən Madrid prinsipləri adlandırılan daha konkret nəticələr əldə edilib: “Bu prinsiplər sülh sazişinin parametrlərini ifadə etmək üçün əsasdır. Bütövlükdə qəti təmas nöqtələri tapmağın mümkün olmadığını, bu prinsiplərin irəliyə doğru getmək və əsas sülh sazişi bağlamaq üçün yaxşı baza olduğunu dərk edən Azərbaycan tərəfi növbəti mərhələyə keçməyi və əsas sülh sazişi üzərində işə başlamağı təklif edir”. E.Məmmədyarov jurnalistlərin diqqətinə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi çoxşaxəli, mürəkkəb bir münaqişədir, müharibə faktoru, torpaqların geri qaytarılması problemi, böyük maliyyə problemləri var. “Hazırda tərəflər arasında etimad tədbirlərinin möhkəmləndirilməsinə dair müxtəlif təşəbbüslər var, Azərbaycan və erməni icmaları arasında ünsiyyət müşahidə edilir. Beləliklə, yeganə çıxış yolu təkcə danışıqların davam etdirilməsi deyil, həm də əlaqələrin intensivləşdirilməsidir”, - deyə nazir vurğulayıb. E.Məmmədyarov təmas xəttindəki münaqişələrin təhqiq olunması mexanizminin yaradılmasında guya Azərbaycanın törətdiyi əngəllər barədə E.Nalbandyanın çıxışını şərh edərək onu populist çıxış adlandırıb. Azərbaycanlı nazir qeyd edib ki, hər şeydən əvvəl mexanizmin, münaqişənin nə demək olduğunu başa düşmək lazımdır: “Burada müharibə faktoru var. Bu, əsl cəbhə xəttidir, bu, müharibədir, təkcə hərbçilər deyil, həm də dinc sakinlər həlak olur. Odur ki, Azərbaycan bu məsələnin həllinə heç cür mane ola bilməz və belə maneçilikdə maraqlı deyil”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub