İyun ayının 5-də Ermənistan Azərbaycan sərhədində atəşkəsin pozulamsı nəticəsində iki erməni əsgəri öldürülüb.
AZXEBER.COM-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, atəşkəs Naxçıvan Muxtar Respublikası ilə Ermənistan sərhədində pozulub. Azərbaycan snayperlərinin açdığı atəş nəticəsində 1988-ci il təvəllüdlü Andranik Samveloviç Yeqoyan və 1992-ci il təvəllüdlü Boris Benikoviç Qasparyan məhv edilib.
Xatırladaq ki, ötən günhəmin ərazilərdə atəşkəsin pozulmasınəticəsində Azərbaycan ordusunun əsgəri Zaur Həsənli şəhid olmuşdu.
Günel