"Azərbaycan əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək"

"Azərbaycan əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək"
SİYASƏT
10:54 13.07.2020
853
Bir neçə gün əvvəl Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğu ilə bağlı bütün dünyaya, xüsusi ilə işğalçı Ermənistana qətiyyətli mesaj vermişdi: "Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir”.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev AZXEBER.COM-a açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətlə söylədiyi fikirlərdən az keçmədi ki, Ermənistan öz əsl xislətini göstərdi. İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdu.

Bəşəriyyətin koronavirus pandemiyası ilə mabarizə apardığı bu çətin dövrdə mənfur qonşuların sərhədlərimizi kobudcasına pozması işğalçı Ermənistanın avantürist hakimiyyətinin yarıtmaz siyasətini, faşizm ənənələrinə sadiqliklərini bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının təcavüzkar Ermənistanı işğalçılıq hərəkətlərinə son qoymağa və münaqişəni dinc yolla həll etməyə dəvət etməsinə məhəl qoymayan təcavüzkar Ermənistan beynəlxalq səviyyədə götürdüyü öhdəliklərini kobud şəkildə pozmaraq işğalçı siyasətini durmadan həyata keçirir.

Azərbaycanın dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınması sözsüz ki, düşmənlərin yuxusunu qaçırıb. Məkrli siyasətindən, xudbin niyyətindən əl çəkməyən Ermənistan 2016-cı ilin Aprel, 2018-ci ilin may-iyun aylarında Naxçıvan döyüşlərində Azərbaycan xalqının öz torpaqlarının azad olunması uğrunda əzmini, ordumuzun gücünü nə tez unutdu?

Gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılı olan Ermənistanın rəhbərliyi niyə Azərbaycanın müasir silahlara, yüksək texnologiyalara, ən qabaqcıl hərbi-texniki vasitələrə, güclü sosial bazaya, ruh yüksəkliyinə malik ordusunun olduğunu yaddan çıxarırlar?

Gözü qonşusunun torpağında olan düşmənlərə bir daha xatırlatmaq lazımdır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımız azad ediləcək, üçrəngli bayrağımız Şuşada, Xankəndində, bütövlükdə Qarabağda, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında dalğaılanacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR