Azərbaycan filmi Rusiyada uğur qazanıb

Azərbaycan filmi Rusiyada uğur qazanıb
Bütün Xəbərlər
17:20 19.07.2012
1428
Azərbaycan filmi Rusiyanın Yaroslavl şəhərində “Dünyaya işıq” II Beynəlxalq Gənclər Kinofestivalında uğur qazanıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, bu il festivala 11 ölkədən 211 film təqdim olunub. Müsabiqədə Azərbaycan, Ukrayna, Belarus, Estoniya, Gürcüstan, İsrail, Böyük Britaniya, Almaniya, Polşa, Kipr, həmçinin Rusiyanın müxtəlif regionlarından filmlərin iştirak etdiyi, 10 nominasiya üzrə keçirilən müsabiqədə ölkəmizi gənc rejissor Fariz Əhmədovun “Mayak” filmi təmsil edib. Ekran əsəri "bədii film" nominasiyasında ikinci yeri qazanmış, "uşaq filmləri" nominasiyasında isə B kateqoriyasının (19-30 yaş) qalibi olub.
"Bu meydan, bu ekran - 2011" müsabiqəsinin nəticələrinə əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn “Mayak” filminin ssenari müəllifi Esmira Eyyub, operatoru Nizami Abbas, rəssamı İbrahim Eminov, bəstəkarı Rauf Əliyevdir.
OXŞAR XƏBƏRLƏR