Daha sonra iştirakçılar komanda işinə cəlb olunub. Beləki, qruplara bölünərək “Könüllülük mənim üçün nədir?” mövzusunda səhnəciklər hazırlayıblar. Həmin səhnəciklər iştirakçılar tərəfindən qiymətləndirilərək qalib komanda müəyyən olunub.
Günün sonunda“Könüllülükdən gənc liderliyə gedən yol” mövzusunda görüş keçirilib. Görüşün qonağı Millət vəkili Ceyhun Osmanlı olub. Olduqca maraqlı və səmimi keçən görüşdə Ceyhun Osmanlı gənclərə dəyərli məsləhətlər verib və öz həyat təcrübəsindən məqamları paylaşıb. Ceyhun Osmanlı gənclərin suallarını cavablandırıb və onlara uğurlar arzu edib. Sonda xatirə şəkli çəkilib və görüş sona çatdırılıb.
Qeyd edək ki, “Azərbaycan Gənclərinin I Könüllülük Forumu”nun keçirilməsində əsas məqsəd aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, könüllülük işini inkişaf etdirmək, gənclərdən ibarət könüllü qrupların yaradılmasını və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyasını təmin etmək, peşəkar mütəxəssislərin təcrübələrini iştirakçılara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarətdir.
Forum öz işinə 30 aprel tarixində yekun vuracaq.
ForumAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Könüllülər İctimai Birliyininin birgə təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyəti, “İRƏLİ” İctimai Birliyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin dəstəyilə həyata keçiriləcək.