Azərbaycan Gənclərinin I Liderlik Forumu keçiriləcək

Azərbaycan Gənclərinin I Liderlik Forumu keçiriləcək
GƏNCLİK
11:03 14.08.2012
1927
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyəti, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi və “İRƏLİ” İctimai Birliyininin təşkilatçılığı ilə 8-11 Sentyabr tarixləri arası 2012-ci il Azərbaycan Gənclər Paytaxtı olan Gəncə şəhərində Azərbaycan Gənclərinin I Liderlik Forumu keçiriləcək. AZXEBER.COM-un məlumatına görə, ölkədən 200 nəfər fəal gəncin işitrak edəcəyi və Gəncə Ramada Hoteldə baş tutuacaq Forumun keçirilməsində əsas məqsəd fəal Azərbaycan gənclərini bir araya toplayaraq onları əhatə edən eyni zamanda ölkə gündəmində olan məsələlərlə bağlı fikir mübadiləsinin aparılması, real təkliflərin irəli sürülməsi, gənc liderlər arasında işgüzar münasibətlər və əməkdaşlıq layihələrinin artırılması, dövlət və dövlətçiliyimizin inkişafı naminə gənc liderlərin müsbət enerjisindən bəhrələnməkdir.Gənclərin Liderlik Forumunun formatı interaktiv mühazirə və müzakirələr formasındadır. Forumun keçirilmə mövzuları forumun baş tutacaq cari dövrün aktual məsələləri ilə bağlı olacaqdır. Eyni zamanda Gənclərin Liderlik Forumunun əsas özəlliyi dövlət, hökumət, biznes, media, QHT, beynəlxalq strukturlar kimi fərqi sahələrin ən tanınmış nümayəndələri ilə gəncləri bir araya gətirərək effektiv fikir mübadiləsinin həyata keçirildiyi unikal platforma olmasındadır. Forumda dövlət və hökümət təmsilçiləri, millət vəkilləri, tanınmış ictimai xadimlər, elm, mədəniyyət, incəsənət adamlarının iştirakı ilə açıq müzakirə panelləri keçiriləcək.  Bu il ilki keçiriləcək və 5 gün davam edəcək Gənclərin Liderlik Forumu mütəmadi olaraq ildə bir dəfədən az olmamaq şərtilə keçirilməsi planlaşdırılır. Təhsil və karyerasında uğur qazanmış 14-29 yaş arası şəxslər Forumda iştirak üçün müraciət hüququna malikdir. Forumun iştirakçıları seçim əsasında müəyyən olunacaq. İştirak üçün müraciət etmək istəyənlər www.youthforum.az saytına daxil olub əlavə məlumat ala bilərlər.  
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SEPAH İsrailə raket və dron hücumlarının ilk dalğasının başladıldığını elan edib
12:49 28.02.2026
SEPAH İsrailə raket və dron hücumlarının ilk dalğasının başladıldığını elan edib
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
12:44 28.02.2026
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
12:42 28.02.2026
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
12:33 28.02.2026
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
12:28 28.02.2026
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
12:24 28.02.2026
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
12:23 28.02.2026
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
12:21 28.02.2026
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
İran İsrailə raket zərbələri endirib
12:14 28.02.2026
İran İsrailə raket zərbələri endirib
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
12:10 28.02.2026
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
12:03 28.02.2026
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
12:02 28.02.2026
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
11:57 28.02.2026
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
11:56 28.02.2026
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
11:56 28.02.2026
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
11:51 28.02.2026
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb