"Azərbaycan Gəncliyi Pandemiya Dövründə” vebinarı baş tutacaq.
AZXEBER.COM informasiya portalının təşəbbüsü ilə baş tutacaq onlayn konfransda Milli Məclisin deputatları Naqif Həmzəyev, Kamal Cəfərov, 1news.az informasiya agentlinin rəhbəri Rəhman Hacı, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, İslahatçı Gənclər İctimai Birliyinin sədri, Editor.az saytının rəhbəri Fərid Şahbazlı, Polşa Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova, UNEC "Sabah” qruplarının müəllimi Könül Qurbanova, bloggerlər Aynişan Quliyeva və Arzu Kərimli, eyni zamanda azxeber.com saytının təsisçiləri Əfsələddin Ağalarov və Hacıbəy Heydərli çıxış edəcək.
Onlayn konfrans azxeber.com saytında, eyni zamanda "youtube” və "facebook” səhifələrində canlı yayımlanacaq.
Vebinarda gəncləri narahat edən mövzular müzakirə ediləcək.
![](https://azxeber.com/file/pic/xeber/2020-05/1589466173_97073977_10216045209914589_7361287398010912768_n.jpg)