Azərbaycan güləşçiləri Avropa çempionatına 2 medalla başladı

Azərbaycan güləşçiləri Avropa çempionatına 2 medalla başladı
İDMAN
15:43 03.07.2013
1454

Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında güləş üzrə Avropa çempionatı start götürüb.

AZXEBER.COM-un məlumatına görə, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcəsində gənc yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Millimizin üzvləri ilk gündə 1 gümüş və 1 bürünc medal qazanıb. 50 kq  Mübarizəyə 1/8 finaldan başlayan Ramiz Məmmədovun ilk rəqibi Rusiya güləşçisi Batır Bultayev olub. Tam üstünlüklə rəqibinə (8:0) qalib gələn güləşçimiz 1/4 finalda gürcü İrakli Şavadzeni məğlub edə bilməyib – 0:6. Rəqibinin finala yüksəlməsi Məmmədovun  bürünc medal şansı verib. Həlledici görüşdə Ramizin rəqibi Türkiyə təmsilçisi Yasin Karadaşlı olub. 8:4 hesablı qələbə ilə güləşçimiz Avropa çempionatının bürünc medalını qazanıb. 60 kq  Yeniyetmələrin Sinqapur Olimpiadasının qalibi Elman Muxtarov 1/16 finaldan mübarizəyə qoşulub. Ardıcıl olaraq Finlandiya təmsilçisi Cerri Pitkaneni (6:1), xorvatiyalı Kristian Simatiçi (6:1) məğlub edən Muxtarovun 1/4 finalda rəqibi almaniyalı Deniz Menekşe olub. Rəqibinə heç bir şans verməyən (5:0) Elman yarımfinala vəsiqə qazanıb. O, finala yüksəlmək üçün gürcü güləşçisi Kviça Tçitavanı (4:1) məğlub edib. Finalda Rusiya təmsilçisi Artur Süleymanova 1:7 hesabı ilə uduzan Muxtarov gümüş medalla kifayətlənib. 74 kq  Hacımurad Bağmanov 1/8 finalda Rusiya güləşçisi Adlan Akiyevə 0:4 hesabı ilə yenilib.Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq imkanı verib. Bu imkanı müsbət dəyərləndirən Hacımurad macarıstanlı Erik Silvassini məğlub edərək, bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Ancaq o, həmin döyüşdə gürcü Laşa Qobadzeni üstələyə bilməyib. 96 kq  Əli Həsənov da mübarizəyə 1/8 finaldan qoşulub. Növbəti mərhələyə keçmək üçün təmsilçimiz macarıstanlı güləşçi Zkolt Toroku məğlub etməli olsa da, bu vəzifənin öhdəsindən gələ bilməyib - 2:7. Rəqibinin finala yüksəlməsi güləşçimizə bürünc medal qazanmaq şansı versə də, Əli bunu dəyərləndirə bilməyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib