Azərbaycan-Gürcüstan sərhədində yeni buraxılış məntəqəsi açılıb

Azərbaycan-Gürcüstan sərhədində yeni buraxılış məntəqəsi açılıb
Bütün Xəbərlər
18:17 12.08.2015
1321
Sadıxlı-Mtkvari (Azərbaycan-Gürcüstan) sərhəd-gömrük buraxılış məntəqəsindən yüngül avtonəqliyyat vasitələrinin buraxılışına başlanılıb. Bu barədə DGK-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, buraxılış Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamenti və digər əlaqədar təşkilatlar arasında əldə edilmiş razılığa əsasən həyata keçirilib.
Razılığa əsasən, Sadıxlı-Mtkvari sərhəd-gömrük buraxılış məntəqəsindən XİF MN-nın 8703 mal mövqeyi altında sinifləşdirilən yüngül avtonəqliyyat vasitələrinin, həmçinin motosikletlərin, motorollerlərin, mopedlərin və digər bənzər hərəkət vasitələrinin buraxılışına başlanılıb və iş rejimi Bakı vaxtı ilə saat 08:00-dan 20:00-dək müəyyən edilıb.
OXŞAR XƏBƏRLƏR