Azərbaycan himni yerinə Ermənistan himni səsləndirildi- VİDEO

Azərbaycan himni yerinə Ermənistan himni səsləndirildi- VİDEO
Bütün Xəbərlər
13:28 18.04.2015
2035
Serbiyanın Novo-Sad şəhərində yeniyetmə və gənclər arasında sambo güləşi üzrə növbəti Avropa birinciliyinə start verilib. Aprelin 20-dək davam edəcək qitə birinciliyində ölkəmiz baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında 13 idmançı ilə təmsil olunur.
AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, yeniyetmələrin yarışında Eyvaz Baxşıyev (48 kq), Rəşad Dünyamalıyev (52 kq), Namiq Abbaslı (56 kq), Mirsahib Əzizov (60 kq), Elvin Cəlilov, Asim Əhmədov (hər ikisi 65 kq), Elçin Sadıxov, Yusuf Yusufov (hər ikisi 81 kq) və Aslan Mirzəyev (87 kq) mübarizə aparır.
Gənclər arasında isə Şakir İsmayılov (48 kq), Fərid Qardaşxanov (57 kq), Kamran Əsgərov (62 kq) və Natiq Sarıyev (68 kq) yarışır.
Dünən Avropa Çempionatında xoşagəlməz hal yaşanıb. Belə ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən azərbaycanlı idmançı Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub etsə də, mükafatlandırma mərasimində Ermənistanın himni səsləndirilib.
Azərbaycan himni yerinə Ermənistanı himinin səsləndirildiyinə görən Kamran Əsgərov çaşqınlıq içində düşmən ölkənin himnini sona qədər dinləməyə məcbur olub. Himnin səhv səsləndirildiyini görən təşkilartçılar bir neçə dəqiqəlik müzakirələrdən sonra Azərbaycanın himnini səsləndiriblər.
OXŞAR XƏBƏRLƏR