Azərbaycan hökuməti suriyalı qaçqınlara maddi yardım göndərib
Bütün Xəbərlər
15:00 29.12.2012
935
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov bu ölkənin ərazisində məskunlaşmış suriyalı qaçqınlara yardım məqsədilə İordaniya Haşimilər Xeyriyyə Təşkilatına Azərbaycan Hökuməti adından 50 min ABŞ dolları məbləğində çek təqdim edib. Səfirlikdən bildiriblər ki, bu münasibətlə təşkilatın baş katibi Ayman əl-Mufleh ilə baş tutmuş görüşdə səfir S.Ağabəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, ölkəmizin keçdiyi ağrılı-acılı yollar barədə məlumat verib. Dövlət başçıları səviyyəsində olan münasibətlərimizin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini qeyd edən səfir İordaniyanın ölkəmiz üçün dost və qardaş ölkə olduğunu bildirib və Azərbaycanın İordaniyaya yardım əlini uzatmağa həmişə hazır olduğunu diqqətə çatdırıb.