Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."

Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
SOSİAL
16:23 15.05.2025
2116
Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan azərbaycanlı blogger Hüseyn Həsənov axtarışa verilib.

O, çirkli pulların yuyulmasında ittiham olunur. Əgər Hüseynə qarşı səslənən ittihamlar təsdiqini taparsa onu 7 ilə qədər həbs cəzası gözləyir.

Bəs, Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? 

AZXEBER.COM-a danışan tanınmış hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov  Azərbaycanla və Rusiya arasında axtarışda olan şəxslərin saxlanılaraq qarşı tərəfə təhvil verilməsi ilə bağlı hüquqi mexanizmlərin olduğunu bildirib:
 
"Əgər bir şəxs barəsində axtarış elan olunubsa və həmin şəxs digər ölkədə tapılıbsa, onun təhvil verilməsi – yəni ekstradisiyası – müəyyən şərtlər daxilində mümkündür.

Bu məsələlər əsasən iki ölkə arasında bağlanmış hüquqi yardım müqavilələrinə, eyni zamanda bizim də üzv olduğumuz MDB ölkələrinin qoşulduğu konvensiyalara əsaslanır. Burada ən çox istinad olunan sənədlərdən biri 1993-cü il Minsk Konvensiyası və onun yenilənmiş forması olan 2002-ci ildə təsdiqlənmiş Kişinyov Konvensiyasıdır. Hər iki ölkə bu sənədlərə qoşulub və orada ekstradisiya qaydaları dəqiq şəkildə göstərilib". 

Roman Qaraşov 


Roman Qaraşov bildirib ki, əgər Rusiya tərəfi Hüseyn Həsənovun ekstradisiyasını rəsmi şəkildə tələb edərsə, onun təhvil verilməsi mümkündür:
 
"Əgər Rusiya tərəfi Hüseyn Həsənovun ekstradisiyasını rəsmi şəkildə tələb edibsə və bu tələb Azərbaycan qanunvericiliyinə uyğun əsaslandırılıbsa, onda hüquqi baxımdan onun təhvil verilməsi mümkündür. Təbii ki, bu proses sadə deyil – burada bir sıra hüquqi qiymətləndirmələr aparılır, sübutlara baxılır, həmçinin şəxsə qarşı irəli sürülmüş ittihamın təbiətinə diqqət yetirilir.

Bir məsələni də xüsusi vurğulamaq istəyirəm: çox vaxt cəmiyyət arasında belə bir yanlış təsəvvür olur ki, əgər şəxs əslən azərbaycanlıdırsa, onu təhvil vermək olmaz. Əslində isə hüquqda əsas meyar şəxsin vətəndaşlığıdır, yəni şəxs Azərbaycan vətəndaşıdır, ya yox – buna baxılır. Əgər Hüseyn Həsənov Azərbaycan vətəndaşı deyilsə hüquqi baxımdan onun təhvil verilməsi mümkündür. Onun etnik kimliyi – azərbaycanlı olması – bu qərarda rol oynamır.

Amma burada bir çox vacib nüanslar da var. Məsələn, əgər ehtimal olunursa ki, həmin şəxs Rusiyada ədalətli mühakimə hüququndan məhrum edilə bilər, yaxud işgəncəyə və ya qeyri-insani rəftara məruz qala bilər, o zaman Azərbaycan tərəfi bu cür halları ciddi şəkildə nəzərə alır. Bizim beynəlxalq öhdəliklərimiz var və bu məsələlərə biganə yanaşmaq olmaz.

Yəni yekun qərar sırf hüquqi prosedurlar əsasında verilir, hər bir detal araşdırılır və bütün tərəflər – həm milli qanunvericilik, həm beynəlxalq hüquq nəzərə alınaraq qərar qəbul edilir".

Qeyd edək ki, bloger baş verənlərə instaqram hesabı üzərindən münasibət bildiri: "Xəbərləri gördüm. Bəli, "qiyabi həbs” gurultulu səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Vergilərlə bağlı bütün məsələlər keçən il artıq bağlanmışdı. İndi vəkillərim bu vəziyyət üzərində işləyirlər. Məsələni həll edəcəyik və nöqtə qoyacağıq. Yanımda olduğunuz üçün təşəkkür edirəm”, - o bildirib.

Günel Hüseynli 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
16:20 30.06.2025
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
16:20 30.06.2025
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
16:17 30.06.2025
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
16:11 30.06.2025
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
15:55 30.06.2025
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
14:29 30.06.2025
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
14:26 30.06.2025
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb