Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri 104,2 % və yaxud 1 milyard 029,2 milyon manat səviyyəsində icra olunub.
AZXEBER.COM bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,9 % və yaxud 84,4 milyon manat çoxdur.
Hesabat dövründə təhsil xərcləri faktiki büdcə xərclərinin 12,7 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 937,283 milyon manat ayrılması nəzərə tutulub.