Azərbaycan “İçərişəhər”ə görə beynəlxalq mükafat aldı

Azərbaycan “İçərişəhər”ə görə beynəlxalq mükafat aldı
Bütün Xəbərlər
13:07 20.11.2013
688

Azərbaycan İçərişəhərin qorunması və konservasiyasına görə beynəlxalq mükafata layiq görülüb.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan “Xarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması” nominasiyasında “Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə - “Italian Heritage Award” nüfuzlu beynəlxalq mükafata layiq görülüb.Məlumat üçün bildirək ki, “İtalian Heritage Award” mükafatları restavrasiya, heykəltaraşlıq, mədəniyyət, incəsənət, muzey işi, arxeologiya və digər sahələrdə 26 nominasiyada təqdim edilir. Builki müsabiqənin 400-ə yaxın iştirakçısının təqdim etdiyi layihələri doqquz ay ərzində 25 nəfərlik münsiflər heyəti nəzərdən keçirib.YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş İçərişəhərə 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində dəymiş zərərin aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin hərtərəfli səyləri münsiflərin xüsusi diqqətini cəlb edib. Ölkə rəhbərliyinin qayğı və diqqəti sayəsində İçərişəhərin 2009-cu ildə “Təhlükədə olan Dünya İrsi” siyahısından çıxarılması xüsusi olaraq vurğulanıb.Mükafat Azərbaycan İtaliyadakı səfirliyi vasitəsilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilib.

OXŞAR XƏBƏRLƏR