“Azərbaycan internet istifadəçilərinin sayına görə regionda liderdir” –VİDEO

“Azərbaycan internet istifadəçilərinin sayına görə regionda liderdir” –VİDEO
MEDİA
17:18 06.02.2015
1587

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov İctimai Televiziyanın “Yeni Gün” verilişində internet təhlükəsizliyi ilə bağlı maraqlı məqamlara toxunub.

İnternet təhlükəsizliyində əsas strateji nöqtənin informasiya təhlükəsizliyinin olduğunu deyən S.Abbasov bu istiqamətdə artıq bir neçə layihənin reallaşdırıldığını dedi: “Biz bu istiqamətdə təklif hazırlayıb Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna təqdim etdik. Onlar da mövzunun aktuallığını və təklifin aktuallığını nəzərə alıb müsbət cavab verdilər. Bu il biz Azərbaycanda ilk dəfə olaraq “Gənc Jurnalistlərin İnternet Təhlükəsizliyi Forumu”nu reallaşdıracağıq. Dəstəyə görə Gənclər Fonduna və onun icraçı direktoru Fərhad Hacıyevə dərin təşəkkürümü bildirirəm”

Çıxışa tam olaraq aşağıdakı videoda baxa bilərsiniz:

OXŞAR XƏBƏRLƏR